Aİ ölkələrinə giriş üçün 7 avro
Bizi izləyin

Avropa

Aİ ölkələrinə giriş üçün 7 avro

Avropa İttifaqının (Aİ) gündəliyinə Böyük Britaniya vətəndaşları üçün Aİ ölkələrinin sərhədini keçdikləri zaman 7 avro məbləğində "səyahət üçün icazə ödənişi"nin tətbiqi barədə plan daxil edilib.

“Report” xəbər verir ki, bunu Avropa Şurasının səfiri deyib.

Bu prosedur sərhədlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini nəzərdə tutur.

Britaniyalı səyyahlar "Brexit"dən sonra Aİ ölkələrinə giriş zamanı ödəniş həyata keçirməli olacaqlar. Lakin bu, Krallıq ilə vizasız rejimi dəstəkləyən ölkələrə şamil edilməyəcək.

Aİ-dən bildiriblər ki, bu əməliyyat daxili təhlükəsizliyi, vətəndaşların maraq və sağlamlıqlarının müdafiəsini təmin edəcək, qanunsuz miqrasiyanın kökünü kəsəcək, təhlükə yarada biləcək vətəndaşlarla sərhəddə insidentlərin qarşısını alacaq.

Aİ səfiri bildirib ki, Avropa Parlamenti və Avropa Şurası nümayəndələri arasında bu məsələ ilə bağlı razılıq əldə olunub. İndi Avropa Parlamenti planın təsdiq və ya inkar edilməsi üzrə səsvermə keçirəcək və o, sonda Şura tərəfindən imzalanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm