Ən iri cinayətkar şəbəkənin 21 üzvü ələ keçdi
Bizi izləyin

Avropa

Ən iri cinayətkar şəbəkənin 21 üzvü ələ keçdi

Yunanıstanda mütəşəkkil cinayətkar qrupun 21 üzvü həbs edilib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, müxtəlif cinayətlər törətməkdə ittiham olunan şəxslərdən 18-i Gürcüstan vətəndaşıdır, qalan üçü isə Yunanıstan, İraq və Bolqarıstandandır. Ötən gün Yunanıstanda keçirilən əməliyyat ölkənin bütün ərazisini əhatə edib.

Afina polisinin rəsmi nümayəndəsi İoanna Rotzioku saxlanılan qrupun ən iri cinayətkar şəbəkə olduğunu qeyd edib.

Saxlanılanlar 24-64 yaş arasındadırlar. Onlar 70 mənzil oğurluğu, silahlı soyğunçuluq, narkotik maddələrin satışı və digər cinayətlər törətməkdə ittiham olunurlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm