• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Ferrari 250 GTO ən bahalı maşın ola bilər

Ferrari 250 GTO ən bahalı maşın ola bilər

Keçən il Bonhams hərracı artıq bir rekord vurub: Xuan Manuelin Mercedes-Benz W196 avtomobili təxminən 30 milyon dollara satılıb.

Publika.az 4charx.com-a istinadən xəbər verir ki, indi Concours d’Elegance müsabiqəsini daha bir "çalxalanma" gözləyir – keçən ilki rekord rəqəm iki dəfədən çox arta bilər! Günahkar isə bu gün hərrac vasitəsilə satılacaq nadir 250 GTO olacaq.

Onsuz da, çox nadir olan GT avtomobilinin əsas dəyəri onun tarixidir. 3851GT saylı şassi 19 –cu Ferrari GTO və 17-ci 250 GTO şassisidir. 1962-ci ildə onu əfsanəvi fransız yarışçı Jo Şlesser alıb və onunla Tur-de-Frans avtomobil yarışında iştirak edərək 5500 km yol qət edib və ikinci yeri tutub. Sonra avtomobil 1965-ci ildə Maranello Rosso kolleksiyasından 10 ədəd maşınla birlikdə Fabrisio Violati tərəfindən alınıb və bu il Pebbl-Biç hərracına çıxarılır.

250 GTO=nun yekun qiyməti ilə bağlı mütəxəssislər arasında fikirlər müxtəlifdir. Bonhams hərrac evi mütəxəssisləri onu $30 - $40 milyona satıla biləcəyini ehtimal etdikləri halda, Hagerty mütəxəssisləri bu rəqəmin $60 - $75 milyon ola biləcəyini söyləyirlər. Bütün hallarda avtomobilin yeni qiymət rekordu təyin edəcəyi ehtimalı yüksəkdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR