"Avtoş"lara xoş xəbər
Bizi izləyin

Avtopublika

"Avtoş"lara xoş xəbər

Yaxın vaxtlarda Bakının ətrafında sürət həvəskarları üçün meydança tikiləcək.

Publika.az xəbər verir ki, bu barədə mətbuata Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov məlumata verib.

O deyib ki, ölkəmizdə Formula 1 idman növü üzrə peşəkar idmançıların, mütəxəssislərin hazırlanmasının və yüksək standartlara cavab verən idman infrastrukturunun yaradılması vacibdi. "AAF bunun üçün bütün imkanlarını səfərbər edib. Biz avtomobil idmanı növləri, klassik avtomobillərin təqdim olunması, offroad yarışları və müxtəlif klublara dəstək verilməsi istiqamətində işlər görürük. Həmçinin nəqliyyatda təhlükəsizlik və nəqliyyat turizmi sahəsində layihələr həyata keçiririk" – deyə Anar Ələkbərov vurğulayıb.

O həmçinin bildirib ki, avtomobil həvəskarları üçün yaxın zamanlarda Bakının yaxınlığında xüsusi ərazinin ayrılması nəzərdə tutulub. Burada müxtəlif avtomobil idman növləri üzrə baza, klassik avtomobillər muzeyi və azarkeşlərin istifadəsi üçün zonaların yaradılması planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm