• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İngiltərəli gənc: "Avropa Oyunları qərblilər üçün Azərbaycanın möhtəşəmliyini görmək üçün gözəl yoldur"

İngiltərəli gənc: "Avropa Oyunları qərblilər üçün Azərbaycanın möhtəşəmliyini görmək üçün gözəl yoldur"

Azərbaycan Diaspor Jurnalistləri Birliyi “Azərbaycanın xaricdəki əcnəbi dostları" layihəsi çərçivəsində ingiltərəli gənclərin Azərbaycanla, İlk Avropa Oyunları ilə bağlı fikirlərini öyrənib. Publika.az ingiltərəli gənc Çarli Souzvell ilə aparılan müsahibəni təqdim edir.

- Çarli Azərbaycanda olmusunuzmu?

- Mən Azərbaycanda heç vaxt olmamışam. Amma sevə-sevə ora səfər edib sizin gözəl ölkəni görmək istərdim. Sizin ölkənin məftunedici dağları var. Nəhəng və özünəməxsus xüsusiyyəti olan şəhərləriniz var. Mən Bakıda “Alov qüllələri”ni görmək istərdim. Eşitdiyimə görə, Bakıda incəsənət əsərlərinin nümayiş olunduğu çoxlu küçələr var. Mən məmnuniyyətlə bu küçələri də görmək istərdim.

- Azərbaycan haqqında nə düşünürsünüz?

- Keçən il mən Gürcüstanda oldum. Bundan sonra Qafqaz regionunu çox sevdim. Buna görə də Azərbaycana gəlməyi çox istəyirəm. Azərbaycanla bağlı şəkillərə çox baxmışam. Həmçinin mən Azərbaycanın çox dadlı yeməkləri haqqında eşitmişəm. Çalışacam ki, hökmən orada bir neçə qutab yeyim.

– Böyük Britaniyada “Bakı 2015” İlk Avropa Oyunları haqqında əhalinin məlumatı varmı?

- Fikrimcə, Böyük Britaniyada bəzi insanlar “Bakı 2015” İlk Avropa Oyunları haqqında eşidiblər. Amma bizim media və jurnalistlər bu Oyunlar haqqında iyun ayında başlayaraq daha çox məlumatlar verəcəklər.

- Siz “Bakı 2015” İlk Avropa Oyunlarına tamaşa etməyə gələcəksinizmi?

- “Bakı 2015” İlk Avropa Oyunlarının rəsmi saytına daxil olub yarışmaya baxmağa gəlmək üçün sorğumu göndərmişəm. Hələ ki, seçilməyimlə bağlı mənə cavab gəlməyib.

- Dostlarınızdan “Bakı 2015” İlk Avropa Oyunlarına baxmağa gəlmək istəyən varmı?

- Var, bəli.

- "Bakı 2015" İlk Avropa Oyunlarından gözləntiləriniz nədir?

- Ümid edirəm ki, bizim ölkənin idmançıları velosiped və üzgüçülük yarışlarında bir neçə medal qazanacaqlar. Onu da deyim ki, velosiped və üzgüçülük yarışları mənim sevimli idmanımdır.

- Deyə bilərsinizmi, “Bakı 2015” İlk Avropa Oyunları Avropa idmanına necə təsir edəcək?

- Mənim fikrimcə, "Bakı 2015" İlk Avropa Oyunları beynəlxalq səviyyədə daha çox rəqabətli olmaqla xeyir görmüş olacaq. Bu isə Olimpiya Oyunlarına gedən yolda böyük imkanlar yaradır. Gənc yarışmaçılar da bu sahədə təcrübəyə yiyələnmək üçün böyük şans əldə edəcəklər. Həmçinin, "Bakı 2015" İlk Avropa Oyunları qərblilər üçün Azərbaycanın möhtəşəmliyini görmək üçün gözəl yoldur.

- Siz Azərbaycanda neçə gün qalmağı planlaşdırırsınız?

- Hələ tam dəqiq bilmirəm. Mən hələ uçuş biletini sifariş verməmişəm. Hər şey plan üzrə getsə, ən azından bir həftə Azərbaycanda qalacağıq.

- Azərbaycanda kimlərlə görüşmək sizə maraqlıdır?

- Kimlər görüşəcəyimi dəqiq bilmirəm. Amma yerli xalqla görüşüb mətbəxiniz və içkiləriniz haqqında söhbət etmək istərdim.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR