Dünya mətbuatı I Avropa Oyunlarının turizmin inkişafına verəcəyi təkandan yazıb
Bizi izləyin

Bakı 2015

Dünya mətbuatı I Avropa Oyunlarının turizmin inkişafına verəcəyi təkandan yazıb

Birləşmiş Ərəb Əmirliklərində ərəb dilində yüksək tirajla dərc olunan nüfuzlu "Əl-Ittihad" qəzeti Bakıda keçiriləcək birinci Avropa Oyunlarının yay turizminin inkişafına təkan verəcəyini yazıb.

Publika.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycanın müasir turizm imkanlarından bəhs edən müəllif Nəsrin Dərzi "Sivilizasiyaların mərkəzində füsunkar təbiət" sərlövhəli yazıda may-sentyabr aylarında Azərbaycanın turizm potensialının spesifik xüsusiyyətlərindən bəhs edib.

Müəllif bildirib ki, Azərbaycan dövləti ölkənin coğrafi imkanlarını turizmin inkişafı istiqamətində dəyərləndirir və yay mövsümünün turistləri üçün təkcə günəşli çimərliklərdə yox, həm də Qafqaz dağlarının ətəklərində, füsünkar təbiətin qoynunda müalicəvi resurslar, istirahət və gəzinti imkanları təqdim edir. Yazıda jurnalist Nəsrin Dərzi bu il Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarını böyük idman hadisəsi olmaqla bərabər, həm də turizmin təbliğində və inkişafında yeni mərhələ kimi qiymətləndirib. Qeyd olunub ki, Azərbaycan coğrafi mövqeyi, təbiəti, tarixi və müasir inkişaf potensialı baxımından hazırda postsovet məkanında ən çox üz tutulan turizm ölkəsidir. Bu mənada yay mövsümünə təsadüf edən ilk Avropa Oyunları təkcə idman həvəskarlarının yox, eyni zamanda turistlərin də maraq dairəsində olacaq.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm