Olimpiya medalçısı Rene Holten Poulsen hədəflərindən danışıb
Bizi izləyin

Bakı 2015

Olimpiya medalçısı Rene Holten Poulsen hədəflərindən danışıb

Bakı 2015-də mübarizəyə qoşulmaq üçün son hazırlıqlara başlamış, olimpiya oyunlarının gümüş mükafatçısı və dünya çempionu danimarkalı avarçəkən Rene Holten Poulsen onu yarışlara ruhlandıran amillərdən bəhs edib.

Publika.az xəbər verir ki, Rene Holten Poulsen Pekin 2008 Yay Olimpiya Oyunlarının gümüş və elə həmin il Avropa çempionatının qızıl medallarına sahib çıxaraq məşhurlaşarkən, 19 yaşında idi. O, 2014-cü ildə, biri qızıl olmaqla, dünya çempionatının 3 medalını qazanıb, Avropa çempionatında isə ötən illər ərzində ümumilikdə 12 dəfə fəxri kürsüyə yüksəlib.

Peşəkar idmançı Rene Holten Poulsen deyir: “Qələbə qazanmaq, yaxşıların yaxşısı olmaq üçün 100 deyil, 101 faiz hazır olmaq lazımdır. Cüzi də olsa, yaranan bu əlavə imkan məni mübarizəyə ruhlandıran əsas amildir.

26 yaşlı idmançı əlavə edir ki, iyunun 14-də, Bakı 2015-in avarçəkmə yarışları başlayanda, onun yeganə məqsədi qələbə olacaq:

“Bu yarış Avropa tarixinin ilk Oyunları olacaq və onun çempionu olmaq üçün bütün səylərimi səfərbər edəcəyəm. Ümumiyyətlə, təbiətim belədir: daim mükəmməlliyə can atmağa çalışıram”.

Avarçəkmə üzrə yarışlar iyunun 14-dən başlayaraq, 3 gün ərzində Mingəçevirdə keçiriləcək. Avropanın müxtəlif ölkələrində 350 idmançı 15 medal uğrunda avarçəkmə yarışlarında mübarizə aparacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm