Bakı 2015: Üç rusiyalı idmançı iştirak hüququ qazandı
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Üç rusiyalı idmançı iştirak hüququ qazandı

Rusiyanın Krasnodar vilayətindən üç atlet Bakı 2015 İlk Avropa Oyunlarının akrobatika gimnastikası yarışlarında iştirak hüququ qazanıb.

Publika.az xəbər verir ki, idmanın bu növü üzrə Rusiyanın Odintsovo şəhərində keçirilən ölkə turnirində idmançılar medallarla yanaşı, Bakıda keçiriləcək ilk Avropa Oyunlarına vəsiqə uğrunda da mübarizə aparıblar.

Yarışda böyüklərin mübarizəsində Krasnodardan olan üç atlet - Yuliya Nikitina, Janna Parxomeç və Valeriya Belkina qızıl medallar qazanmaqla Bakı 2015 İlk Avropa Oyunlarında iştirak hüququ əldə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm