Bakı 2015
I Avropa Oyunlarında yarışların keçiriləcəyi bütün arenalarda internet pulsuz olacaq
I Avropa Oyunları zamanı yarışların keçiriləcəyi bütün arenalarda insanlar internet xidmətindən Wi-Fi vasitəsilə pulsuz istifadə edə biləcəklər. Bunu Trend-ə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, hələlik pulsuz internet xidməti
mexanizmlərinin və prosedurların dəqiqləşdirilməsi, bunun hansı
şəkildə təşkil olunması ilə əlaqədar iş aparılır.
E.Vəlizadə qeyd edib ki, ümumilikdə Avropa Oyunlarına hazırlıq
plana uyğun şəkildə həyata keçirilir və demək olar ki, nəzərdə
tutulmuş bütün işlər bitib. İndi bəzi sahələrdə son sınaq işləri
həyata keçirilir: "Hazırlıq səviyyəsi yüksəkdir. Oyunların
keçirilməsi ilə bağlı üzərimizə düşən sahələrdə bütün xidmətləri
göstərməyə tam hazırıq".
Nazir müavini bildirib ki, Bakıda və Mingəçevirdə mövcud və yeni
tikilən idman arenalarının rabitə kanalları ilə əlaqələndirilməsi,
onların telekommunikasiya kanalları ilə təmin edilməsi üçün 270
km-dən artıq xətlər çəkilib: "Arenalarda rabitə, internet
xidmətlərinin göstərilməsi üçün imkanların yaradılması təmin
edilib. Televiziya yayımı məsələsi də həllini tapıb. Oyunların
bütün dünyaya televiziyalarla yayılmasına Azərbaycanın "Azerspace
-1" peyki də daxil olmaqla 4 peyk cəlb olunub. Arenaların içində
avadanlıqların tezliklərlə təmin olunması və bölgüsü işləri
görülüb. Bundan əlavə, l Avropa Oyunları ilə bağlı poçt markaları
dəsti hazırlanaraq buraxılıb".
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO