• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Saatlı və Sabirabad Avropa Oyunlarının məşəlini gözləyir

Saatlı və Sabirabad Avropa Oyunlarının məşəlini gözləyir

Bakı 2015 İlk Avropa Oyunlarının məşəl estafeti davam edir. Dünən Şirvan və Hacıqabulu dolaşan məşəl artıq Saatlıya yola salınıb.

Publika.az xəbər verir ki, festival çərçivəsində Saatlıda saat 15:00-da məşəl estafeti olacaq. Qarşılama mərasimi saat 16:00-da Heydər Əliyev parkında baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 16:30 üçün nəzərdə tutulub.

Saatlıdan sonra məşəl yürüşü 167400 nəfər əhalisi olan Sabirabadda davam etdiriləcək. Saat 19:10-da məşəl estafeti, 20:10-da Heydər Əliyev parkında alov festivalı baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 21:30-da olacaq.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.

10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR