Bakı 2015
3 qat dünya, 6 qat Avropa çempionu: “Avropa Oyunları tarixə düşmək üçün bir şansdır”
Karate do üzrə ümumilikdə 3 qat dünya, 6 qat Avropa çempionu Niyazi Əliyev İlk Avropa Oyunlarında medal qazanacağına ümid edilən idmançılardandır.
Karateçimiz Publika.az-a açıqlama verərkən elə I Avropa Oyunlarında qızıl medal qazanaraq tarixə düşmək istədiyini dedi:
“I Avropa Oyunları hər bir idmançının həyatını dəyişməsi və tarixə düşməsi üçün bir şansdır. Mən də daxil olmaqla, hər bir idmançı istəyər ki, tarixə düşsün. Biz bir çox yarışlarda olmuşuq, bir çox yarışların qalib gəlmişik. Bu da dövlət başçımızın və federasiyamızın bizə olan dəstəyidir. Təbii ki, mən də hər bir idmançı kimi burada himnimizi səsləndirib, bayrağımızı qaldırmaq istəyirəm”.
Dünya və Avropa çempionu I Avropa Oyunlarında qarşılaşacağı rəqibləri barədə də danışdı:
“Bəzi rəqiblərimlə bu yaxınlarda İstanbulda keçirilən Avropa çempionatında qarşılaşdım. Bilirsiz ki, oradan qızıl medalla qayıdanlardan biri də mən idim. Bundan əlavə, başqa yarışlarda da məğlub etdiyim, döyüşdüyüm idmançılar rəqiblərim siyahısında var”.
Aygün İlqarqızı
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi