Ruslar taekvandoçuların heyətini açıqladı
Bizi izləyin

Bakı 2015

Ruslar taekvandoçuların heyətini açıqladı

I Avropa Oyunlarında iştirak edəcək Rusiya taekvondo milli komandasının heyəti bəlli olub.

Publika.az-ın məlumatına görə, Rusiyanı Avropa Oyunlarında 8 idmançı təmsil edəcək.

Qadınların yarışında Aleksandra Lıçaqina (49 kq), Yekaterina Kim (57 kq), Anastasiya Barışnikova (67 kq) və Olqa İvanova (73 kq) mübarizə aparacaq.

Kişilərdə isə Arman Urqaliyev (58 kq), Aleksey Denisenko (68 kq), Albert Qaun (80 kq) və Vladislav Larin (87 kq) yarışa qatılacaq.

Qeyd edək ki, I Avropa Oyunları müddətində taekvondo yarışları Bakı Kristal Zalında keçiriləcək. Taekvondo idmanı dörd çəki kateqoriyasından ibarətdir. Dörd yarış günü ərzində ümumilikdə 128 kişi və qadın idmançı mübarizə aparacaq. Hər çəki kateqoriyası üçün DTF Olimpiya Reytinq siyahısındakı birinci 14-lüyə birbaşa olaraq həmin kateqoriyalar üzrə keçiriləcək yarışlara vəsiqə qazandırır. Burada yarışlara ev sahibliyi edən ölkəyə yarışda iştirak üçün bir yer verilir. Bundan başqa, təsnifat yarışlarında uğur qazana bilməyən ölkələrdən birinə də universallıq prinsiplərinə əsasən Oyunlarda iştirak etmək üçün bir yer ayrılır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm