Litvalı idmançılar Bakıya iddialı gəlir
Bizi izləyin

Bakı 2015

Litvalı idmançılar Bakıya iddialı gəlir

Bakı 2015 Birinci Avropa Oyunlarında iştirak edəcək litvalı idmançılar mayın 21-də Azərbaycana gələcəklər.

Publika.az xəbər verir ki, Litva birinci Avropa Oyunlarında 72 idmançı ilə təmsil olunacaq.

Litva Boks Federasiyasının baş katibi Antanas Areska ilk Avropa Oyunlarına güclü heyətlə qatılacaqlarını və medallara iddialı olduqlarını açıqlayıb.

Litva Kayak və Kanoe Federasiyasının prezidenti Egidijus Balciunas da idmançılarının İlk Avropa Oyunlarında ciddi rəqib olduqlarını diqqətə çatdırıb.

Litvalı atletlər iyunun 12-dən 28-dək Bakıda kamandan oxatma, badminton, 3x3 basketbol, çimərlik voleybolu, boks, kanoe, velosiped, gimnastika, cüdo, sambo, atıcılıq, üzgüçülük, stolüstü tennis, triatlon və güləş yarışlarında birincilik uğrunda mübarizə aparacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm