Millimizin üzvü: “I Avropa Oyunları bu ölkənin vətəndaşı kimi məni qürurlandırır”
Bizi izləyin

Bakı 2015

Millimizin üzvü: “I Avropa Oyunları bu ölkənin vətəndaşı kimi məni qürurlandırır”

Yunan-Roma güləşi üzrə milli komandanın üzvü Dünya kubokunun qalibi, Avropa mükafatçısı Elvin Mürsəliyev I Avropa Oyunlarına hazırlıqdan danışıb.

75 kq-da mübarizə aparan idmançı Publika.az-a açıqlamasında mötəbər turnirə hazırlığın yüksək səviyyədə keçdiyini bildirib:

“Qarşıdakı yarışa çox ciddi hazırlaşırıq. Doğma meydanda azarkeşlərimiz qarşısında çıxış etmək bizə əlavə güc verəcək. Ümidləri doğruldub birinci olmağa çalışacağıq. Birinci Avropa Oyunlarının Bakıda təşkil olunması bu ölkənin vətəndaşı kimi məni çox qürurlandırır. Demək olar ki, iştirakım dəqiqləşib. Əlimdən gələni edəcəm ki, üzərimə düşən vəzifəni artıqlamasıyla yerinə yetirim.

Avropa Oyunları dünya çempionatından da nüfuzlu turnirdir. Doğma divarlar arasında keçirildiyindən özüm qarışıq bu mötəbər turnirdə bütün idmançılarımız nailiyyət qazanmaq üçün çalışırıq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm