Azad Rəhimov: “Gələn həftə Avropanın gözü Azərbaycanda olacaq”
Bizi izləyin

Bakı 2015

Azad Rəhimov: “Gələn həftə Avropanın gözü Azərbaycanda olacaq”

Avropa Oyunlarının alovu Bakıya qayıdır və bu münasibətlə “Məşəl Bakıda” proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin açıqlanacağı mətbuat konfransı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru cənab Azad Rəhimov, BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq, Mərasimlər şöbəsinin direktoru xanım Katerina Uqvu və digər qonaqlar iştirak edib.

Publika.az xəbər verir ki, konfrans Fairmont otelinin Grand Ballroom zalında baş tutub. Tədbiri giriş sözüylə açan Gənclər və idman naziri Azad Rəhimov deyib:

"Gələn həftə, demək olar ki, bütün Avropanın gözü Azərbaycanda olacaq.

Bu da məsuliyyətimizi daha da artırır".

Nazir şəhər və bölgələrimizi dolaşan məşəl estafeti barədə də danışıb və Bakı da daxil olmaqla, məşəl daşıyan idmançılarının sayının 1000-i keçəcəyini qeyd edib.

Tədbirdə məşəlin yandırıldığı ilk günlə bağlı video çarx nümayiş etdirilib. Sonra tədbirdə Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru cənab Simon Kleq də çıxış edib:

"BAOƏK bir çox sahələrdə öz işlərini uğurla aparıb. Məşəl cənab İlham Əliyev tərəfindən Atəşgahda alovlandırıldı. Bundan sonra Naxçıvana yola salındı. Bölgələrdə xeyli insan məşəli qarşıladı. Hər bölgədə gözəl bayram oldu. Məşəl Bakıya yaxınlaşdıqça həyəcan artır ".

Bakı 2015-in mərasimləri üzrə direktoru xanım Katerina Uqvu isə tədbirdə belə çıxış edib:

"Bakıda keçiriləcək məşəl səyahəti yerli əhalini Oyunlara cəlb etmək və açılış mərasimindən əvvəl Bakının əlindən gələni etdiyini bütün dünyaya göstərmək üçün çox yaxşı üsuldur".

Aygün İlqarqızı

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm