“Nezavisimaya Gazeta”: “Küləklər şəhəri "Köhnə dünya"nın olimpiadasına hazırdır”
Bizi izləyin

Bakı 2015

“Nezavisimaya Gazeta”: “Küləklər şəhəri "Köhnə dünya"nın olimpiadasına hazırdır”

Rusiyanın “Nezavisimaya Gazeta” nəşri Bakıda 12-28 iyun tarixlərində keçiriləcək I Avropa Oyunları barədə yazı dərc edib.

Publika.az xəbər verir ki, “Küləklər şəhəri köhnə dünyanın olimpiadasına hazırdır” başlıqlı yazıda bildirilir ki, 6 mindən çox idmançının iştirak edəcəyi yarışa hazırlıq praktik olaraq başa çatıb.

Yüksək səviyyəli idman obyektləri Bakını daha da zənginləşdirib: “Sosial infrastruktur, stadionlar, hovuzlar və idman sarayları yalnız I Avropa Oyunları üçün yaradılmır, onlar həm də Azərbaycanda kütləvi idmanın inkişafına xidmət edəcəklər. Bakıda 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək və bu yarış ilin ən böyük idman hadisəsi olacaq”.

Nəşrin yazdığına görə, Avropa oyunlarına hazırlıq vaxt çatışmazlığı şəraitində aparılıb: “Axı yalnız 2012-ci ilin dekabrında Bakıda I Avropa Oyunlarının keçiriləcəyi barədə qərar qəbul olunub. Yarışlar qayıqlar və kanoedə avar çəkmədən başqa, Azərbaycan paytaxtının müxtəlif hissələrindəki 18 idman obyektində, həmçinin Bakıdan 250 kilomert uzaqlıqda, Kür çayının mənzərəli sahillərdə yerləşən Mingəçevir şəhərində keçiriləcək. 65 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionu yarışlarda mərkəzi idman obyekti olacaq və burada açılış və bağlanış mərasimləri təşkil olunacaq. Açılış və bağlanış mərasimləri Afina-2004 Olimpiya Oyunlarının mərasimlərinin bədii direktoru olmuş tanınmış incəsənət xadimi, xoreoqraf və aktyor Dimitris Papaioannounun rəhbərliyi ilə təşkil olunacaq”.

Rusiya nəşri Bakının beynəlxalq tədbirlərin təşkilində artıq böyük təcrübəsinin olduğunu qeyd edib. Bildirilir ki, 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsində bir çox obyektlər sıfırdan tikilmişdi. Onların arasında“Crystal Hall” konsert zalı xüsusi vurğulanır.

“Xəzər dənizinin sahilində yerləşən Su İdmanı Növləri Sarayı Avropa Oyunlarında əsas idman obyektlərindən olacaq. İdman kompleksi günəş batareyaları ilə təchiz edilib və binanın elektrik enerjisinə olan tələbatın 50 faizinə qədərini təmin edə bilər. Həmçinin, Su İdmanı Növləri Sarayının yanında su polosu, çimərlik futbolu, voleybol kimi yarışlar üçün yüngül stadion yerləşir. Əvvəlcə bu obyektlər müvəqqəti tikinti kimi nəzərdə tutulmuşdu. Amma zərif konstruksiya, Xəzərə çox gözəl açılışı və potensialı olduğu üçün Azərbaycan prezidenti İlham Əliyev iki yeni idman obyekti və onların arasında böyük parkın Avropa Oyunlarından sonra istirahətin zonasına çevrilməsi barədə qərar verdi. Daha bir idman obyekti 5 min tamaşaçısı tutumu olan Milli Gimnastika Arenasıdır. Milli Gimnastik Arenası artıq 2014-cü ildə bədii gimnastika üzrə Avropa çempionatını qəbul edib.

Futurizm dizaynı ilə tikilən idman obyektinin yazınlığında Atletlər Kəndi yerləşir. 13 hündürmərtəbəli bina və 1042 mənzildən ibarət mikrorayonda xarici nümayəndə heyətləri yerləşəcək. Atletlər kəndi qidalanma, məişət xidmətləri kombinatı, tibbi mərkəzlər və gözəllik salonları ilə tamtəminatlı şəhərcikdir. Burada idmançılara pulsuz xidmətlər göstəriləcək. Atletlərin yaşayacağı üç-beş otaqlı mənzillər Avropa Oyunlarının başa çatmasından sonra azad bazarda satılacaq və yaşayış üçün bütün lazımı infrastrukturları olan yeni abad rayon yaranacaq”.

Qeyd olunur ki, I Avropa Oyunlarına hazırlıq prosesində böyük iş təcrübəsi olan beynəlxalq komanda və 12 min könüllü köməkçi iştirak edir. Rusiya nəşri könüllülərin yarış müddətində şəhər nəqliyyatından pulsuz istifadə edəcəyini və pulsuz qidalananacağını yazıb: “Könüllülərin 85 faizindən çoxu yerli sakinlərdir və onlar üçün əsas mükafat böyük beynəlxalq yarışın təşkilində unikal təcrübəsidir, Soçi Qış Olimpiadasında da bu işlə məşğul olan Anna Poronik “Bakı-2015”in könüllülər departamentinin baş meneceridir. O, deyir ki, başqa ölkələrdən könüllülərin toplanmasında xarici dildə ünsiyyət bacarığı və hansısa bir idman növündə ixtisaslaşma nəzərə alınıb. “Bir il ərzində könüllülərin belə bir ordusunu yığmaq çətin idi, amma Azərbaycanda hökumət, dövlət strukturları və ali məktəblər bizi çox dəstəklədi. Yerli könüllülər yaxşı təcrübə qazanırla və bu İslam Həmrəyliyi Oyunları, eləcə də “Formula-1” yarşlarında kadr potensialı baxımından Azərbaycan üçün böyük miras olacaq”.

“Nezavisimaya Gazeta” sonda xatırladır ki, I Avropa Oyunları 20 idman növü üzrə keçiriləcək və onlardan 12-i idmançılara 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak hüququ verən lisenziya qazandıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm