100-ə yaxın idmançımız Atletlər Kəndində məskunlaşıb
Bizi izləyin

Bakı 2015

100-ə yaxın idmançımız Atletlər Kəndində məskunlaşıb

Bakı 2015 I Avropa Oyunlarında iştirak edəcək 100-ə yaxın Azərbaycan idmançısı Atletlər Kəndinə yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Report-a Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva məlumat verib. O bildirib ki, voleybol, stolüstü tennis, su polosu, sinxron üzgüçülük və karate növündə çıxış edəcək idmançılar artıq Kəndə yerləşiblər. K.Nurullayevanın sözlərinə görə, ilk olaraq bu növlərdə çıxış edəcək idmançıların kənddə yerləşdirilməsinə səbəb onların təmsil etdiyi idman yarışlarının daha erkən başlamasıdır.

Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunlarında 20 idman növü üzrə 6 000-dən artıq idmançı yarışacaq. Oyunlar 12-28 iyunda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm