Prezident İlham Əliyev güləşçilərin medallarını təqdim etdi - FOTOLAR(YENİLƏNİR)
Bizi izləyin

Bakı 2015

Prezident İlham Əliyev güləşçilərin medallarını təqdim etdi - FOTOLAR(YENİLƏNİR)

71 kq çəki dərəcəsində güləşən idmançıların mükafatlandırma mərasimi oldu. Mərasimində qızıl medalı idmançımız Rəsul Çunayevə Prezident İlham Əliyev təqdim etdi.

20:35

80 kq çəki dərəcəsinin final görüşünün iştirakçıları meydana çıxıb. Yunan- Roma geləşi üzrə təmsilçimiz Rafiq Hüseynov Rusiya idmançısı Yevgeni Saleev ilə üz-üzə gəlib. Qızıl medal uğrunda mübarizənin ilk hissəsi hər iki idmançı üçün xalsız başa çatıb. İkinci hissənin ilk dəqiqələrində rəqib idmançı 2 xal qazanır. Beləliklə 2:0 hesabla başa matan mübarizədə idmançımız gümüş medal qazanır.

20:18

Yunan-Roma güləşçimiz Rəsul Çunayev (71kq) macar rəqibi Balint Korpasi ilə qarşılaşıb. İdmançımız ilk hissədə 4:0 öndə olub.İdmançımız 2 xalı əldən versə də 4:2 esabı ilə qalib gəlib.

20:02

Güləş üzrə 71 kq çəki dərəcəsində final matçını izləmək üçün Azərbaycan Prezidenti İlham Əliyev və Mehriban Əliyeva da Heydər Əliyev adına idman sarayına gəlib

19:47

71 kq çəki dərəcəsində final döyüşündən öncə mükafatlandırma mərasimi olub. Erməni idmançısını məğlub edən idmançımıza bürünc, belarus idmançısına gümüş, rus təmsilçisinə isə qızıl medal təqdim olunub.

19:13

Elman Muxtarov (59 kq) bürünc medal uğurunda görüşə çıxıb. O yenə erməni rəqiblə qarşılaşıb. Ermənistan təmsilçisi Roman Amoyana qalib gəlmək üçün meydana çıxan yunan-Roma güləşçimız ilk dəqiqələrdə bir xal qazana bilib.

Elman Muxtarovun atdığı fənddən sonra rəqibin qaşı partlayıb. Lakin zədə ciddi olmadığı üçün yarış davam etdirilib. İdmançımız daha bir fəndlə 4 xalı hesabına yazdırır. Əlavə bir xalla da 6:0 önə keçib. Bununla da tribunada böyük coşğu yaradıb. İdmançımız ilk hissəni 1:6 hesabı ilə başa vurub. İkinci hissədə də üstünlüyünü qoruyan idmançımız 1:9 hesabla qalin gəlib.

Erməni idmançının məşqçisi etiraz bildirib. Onun etirazı qəbul olunmayıb və növbəti xal idmançımızın hesabına yazılıb. - 1:10

19:00

1/4 final mərhələsində litvalı rəqibi Vilius Laurinaitisa uduzan Orxan Nuriyev (98kq) təsəlli verici görüşə çıxıb. Təmsilçimizin təsəlliverici görüşdə rəqibi estoniyalı Ardo Arusaar olub.

İdmançımız 2:0 hesabla qalib gəlib və bürünc medal uğrunda mübarizəyə qatılmağa haqq qazanıb.

Bürünc medal uğrunda görüşdə onun rəqibi Türkiyə güləşçisi Cenk İldem olacaq.

13:50

80 kq çəki dərəcəsində 1/2 finalda idmançımız Rafiq Hüseynov qardaş ölkə təmsilçisi Selçuk Cebi ilə qarşılaşıb.

İdmançımız türkiyəli rəqibinə ard-arda atdığı iki fəndlə hesabına 8 xal yazdırıb. Daha sonra daha bir xal qazanan idmançımız növbəti “quru hesablı” qələbəsini qazanır və finala yüksəlir – 9:0.

13:35

Azərbaycan pəhləvanı Rəsul Çunayev bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə finala vəsiqə qazanan ilk azərbaycanlı olub.

Publika.az xəbər verir ki, yunan-Roma güləşçilərinin yarışında 71 kq çəki dərəcəsində yarımfinalda Bolqarıstan güləşçisi Svilen Kostadinovlə qarşılaşan təmsilçimiz rəqibindən üstün olub. İdmançımız ilk dəqiqələrdə rəqibindən 6 xal hesabı ilə üstün olub. Azərbaycan pəhləvanı sona qədər gücünü sübut edib. Beləliklə idmançımız tam qələbəylə azarkeşləri sevindirib- 11:0.

98 kq çəki dərəcəsində mübarizə aparan Orxan Nuriyev 1/4 final mərhələsində Rusiya idmançısı İslam Maqomedovla qarşılaşıb. Mübarizə ağır keçib. Nəticədə idmançımız 1:3 hesabı ilə məğlub olub.

12:38

Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə Azərbaycan təmsilçisi Elman Muxtarov da yarımfinala vəsiqə qazanıb.

Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparır. 59 kq çəki dərəcəsində 1/4 finalda Norveç güləşçisi Stig-Andre Berge ilə qarşılaşan təmsilçimiz rəqibini 7:6 hesabı ilə məğlub edərək yarışların yarımfinalına çıxıb.

Qeyd edək ki, 1/4 finalda daha 2 güləşçimiz mübarizə aparmaq hüququ qazanıb. 98 kq çəki dərəcəsində mübarizə aparan Orxan Nuriyev isə artıq yarışların yarımfinalına vəsiqə qazanıb.

1/4 finalda mübarizə aparan Rafiq Hüseynov (80 kq) bolqarıstanlı rəqibi Daniel Aleksandrova tam üstünlüklə qalib gəlib (10:0) və yarımfinala vəsiqə qazanıb.

11:43

80 kq çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov avstiryalı rəqibi Mixael Vaqnerə tam üstünlüklə qalib gəlib. Cəmi iki fəndə 11:0 önə kəçən idmançımız zəfərini elan edib.

59 kq

1/8 final - Elman Muxtarov - Gizo Meladze (GEO) 5:3

1/4 final - Elman Muxtarov - Sitg-Andre Berg (NOR)

71 kq

1/8 final - Rəsul Çunayev - Daniel Kataraqa (MDA) 7:6

1/4 final - Rəsul Çunayev - Dominik Etlinger (CRO)

80 kq

1/8 final - Rafiq Hüseynov - Mixael Vaqner (AUT) 11:0

98 kq

1/16 final - Orxan Nuriyev - Teodoros Tunisidis (SWE) 4:1

1/8 final - Vilius Laurinaitis (LTU) - Orxan Nuriyev

11:27

İlk Avropa Oyunlarında güləşçilərimizin uğurlu çıxışı davam edir.

Daha bir pəhləvanımız hünər meydanına çıxıb. Təmsilçimiz Rəsul Çunayevin rəqibi Moldovalı Daniel Kataraqa olub. 71 kq-da mübarizə aparan yunan-Roma güləşçimiz Rəsul Çunayev ilk dəqiqələrdən üstün olub. Yarışın ilk saniyələrində idmançımız 4 xallıq fənd atıb. Növbəti fəndlə aradakı fərqi 6-ya yüksəldən idmançımız son sanyələrə qədər bu fərqi qoruya bilməyib. Rəqib idmançı xalları bərabərləşdirsə də, yekunda idmançımızın hesabına bir xal əlavə olunub. Bununla da Rəsul Çunayev 7:6 hesabla qələbə qazanıb və 1/4 finala yüksəlib.

Daha bir idmançımız döşək üzərinə çıxıb. 59 kq-da çıxış edən Yunan - Roma güləşçisi təmsilçimiz Elman Muxtarov Mürsəliyevin rəqibi Gürcüstan idmançısı Gizo Meladze olub. Bu görüşdə idmançımız 5:3 hesabla qalib gələrək 1/4 finala yüksəlib.

11:00

Xəbər verdiyimiz kimi, tarixdə ilk dəfə keçirilən Avropa Oyunları çərçivəsində güləş yarışları iyunun 13-18-də Heydər Əliyev adına İdman Sarayında keçirilir.

Azərbaycandan güləşən ilk pəhləvan 98 kq çəkidə mübarizə aparan yunan-Roma güləşçisi Orxan Nuriyevdir. Onun rəqibi İsveç güləşçisi Teodoros Tunisidi olub. İlk xalı rəqib qazansa da, pəhləvanımız çox çəkməyib ki, atdığı fəndlə 4 xal önə keçməyi bacarıb.

Pəhləvanımız 4:1 hesablı üstünlüyü sona qədər qoruyub və zəfər əldə edib.

10:13

Bu gün Bakı-2015 I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə start veriləcək.

Publika.az xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında baş tutacaq ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində mükafatçıların adına aydınlıq gələcək. Azərbaycan millisi bütün çəkilərdə təmsil olunduğundan 4 pəhləvanımız xalça üzərinə çıxacaq.

Yunan-Roma güləşi

59 kq

Bu çəkidə ölkəmizi dünya və ikiqat Avropa çempionu Elman Muxtarov təmsil edəcək. Təsnifat mərhələsindən azad olan həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşəcək. Onun döyüşü 10:49-da başlayacaq.

71 kq

71 kq çəki dərəcəsində güləşəcək Rəsul Çunayev də yarışa 1/8 finaldan start verəcək. Universiadanın qalibi, dünya və Avropa çempionatının mükafatçısı saat 11:03-də başlayacaq görüşdə moldovalı Daniel Kataraqa ilə üz-üzə gələcək.

80 kq

Digər 2 təmsilçilərimiz kimi ilk mərhələdən azad olan Rafiq Hüseynov birinci görüşünü 1/8 finalda keçirəcək. Avropa çempionatının, Qran-prinin çempionu, həmçinin dünya çempionatının mükafatçısı 11:24-də Mixael Vaqnerlə (Avstriya) münasibətlərinə aydınlıq gətirəcək.

98 kq

Güləşçilərimizdən mübarizəyə öncə Orxan Nuriyev qoşulacaq. Baş məşqçi Cəmşid Xeyrabadinin böyük ümid bəslədiyi idmançımız təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşacaq. O, xalçaya 10:35-də çıxacaq.

Qeyd edək ki, güləş yarışlarına saat 10:00-da start veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm