Gimnastımız: “Məqsəd final idi...”
Bizi izləyin

Bakı 2015

Gimnastımız: “Məqsəd final idi...”

Akrobatika gimnastikası üzrə milli komandamızın üzvü Aynur Hüseynova fikirlərini bölüşüb.

Publika.az-a danışan gimnast milli komandanın nəticəsini qənaətbəxş hesab edir:

“Nəticədən razıyam. Məqsəd finala çıxmaq idi. Biz bunu bacardıq. Ümid edirəm ki, finalda çıxışımız uğurlu alınar və biz medal qazanarıq”.

I Avropa Oyunlarının böyük təcrübə olduğunu deyən xanım idmançımız gələcək yarışlarda qalib gəlmək şanslarının çox olduğunu deyib:

“Bu, bizim karyeramızda dönüş nöqtəsidir. Biz gəncik və indi Avropa Oyunlarında iştirak etmək bizim üçün əlavə üstünlükdür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm