Olqa Senyuk: “İdmançılar üçün çox gözəl şərait yaradılıb”
Bizi izləyin

Bakı 2015

Olqa Senyuk: “İdmançılar üçün çox gözəl şərait yaradılıb”

Kamandan oxatma üzrə qadınlar arasında fərdi 1/16 seçmə mərhələsində danimarkalı rəqibinə uduzaraq mübarizəni dayandıran Azərbaycan təmsilçisi Olqa Senyuk məğlubiyyətinin səbəbləri ilə bağlı Teleqraf.com-a açıqlama verib.

2013-cü ilin dünya çempionu danimarkalı Maya Jagerlə mübarizədən məğlub ayrılan təmsilçimiz deyib:

“Rəqibimin çox güclü olduğunu bilirdim. Əlimdən gələnin maksimumunu etmək istəyirdim. Oyun zamanı hesabı bərabərləşdirməyi bacardım, təəssüf ki, sonda qalib gələ bilmədim. Daha da yaxşı hazırlaşıb dünya çempionatında gücümü göstərməyə çalışacağam".

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışan O.Senyuk bildirib ki, bu cür yüksək səviyyəli yarışların ölkəmizdə keçirilməsindən şaddır:

"Təcrübəli hakimlər bizə qiymət verir. İdmançılar üçün çox gözəl şərait yaradılıb. Kamandan oxatma yarışının keçirildiyi arena gözəldir, idmançıların xoşuna gəlir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm