MOK-da növbəti mükafatlandırma mərasimi
Bizi izləyin

Bakı 2015

MOK-da növbəti mükafatlandırma mərasimi

Nöbəti dəfə də MOK-un inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş baş tutub. I Avropa Oyunlarının 9-cu günündə uğur qazanmış mükafatçı ilə görüş keçirilib.

Publika.az xəbər verir ki, görüşdə MOK-un I vitse-prezidenti Çingiz Hüseynzadə və digər vitse-prezident Xəzər İsayev iştirak edib. Görüşün səbəbkarı yarışın 9-cu günündə 1 dəst medal qazanan gimnast Oleq Stepko olub.

Tədbirdə həmişə olduğu kimi Çingiz Hüseynzadə qısa nitq söyləyib:

“İdmançımızı təbrik edirəm. Bundan sonra yarışacaq idmançılarımızdan da medallar gözləyirik. İnanıram ki, Avropa Oyunları Yay Olimpiya Oyunlarından sonra ən böyük yarış hesab ediləcək”.

Stepko MOK rəsmiləri tərəfindən mükafatlandırılıb və xüsusi şərəf lövhəsinə imza atıb.

Diqqətinizə çatdıraq ki, Oleq Stepko dünən dayaqla tullanmada bürünc, gimnastika atında hərəkətlərdə gümüş, paralel qollarda isə qızıl medal qazanaraq azarkeşləri sevindirə bilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm