Kişi voleybolu: Türkiyə yarımfinala çıxa bilmədi - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Kişi voleybolu: Türkiyə yarımfinala çıxa bilmədi - YENİLƏNİR

Bakı 2015 Birinci Avropa Oyunlarında kişilər arasında voleybol yarışlarının 1/4 final qarşılaşmaları keçirilir.

Publika.az xəbər verir ki, ilk oyun yerli vaxtla saat 13:00-da Polşa və Slovakiya kollektivi arasında keçiriləcək.

İkinci qarşılaşma qardaş Türkiyə komandası ilə Bolqarıstan yığması arasında baş tutacaq. Bu görüşə saat 15:00-da start veriləcək.

Günün üçüncü yarımfinalçısının adı saat 19:00-da başlanacaq Fransa və Rusiya oyunundan sonra bilinəcək.

1/4 finalın son oyunu Serbiya və Almaniya kollektivləri arasında baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.

1/4 final

Polşa - Slovakiya 3:0 (25:16, 25:23, 25:19)

Türkiyə - Bolqarıstan 1:3 (26:24, 19:25, 17:25, 20:25)

19:00 Serbiya - Almaniya

21:00 Fransa - Rusiya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm