“Prezidentin yarışlarda iştirakı onların uğurlu nəticələr qazanmalarına müsbət təsir edir” – nazir müavini
Bizi izləyin

Bakı 2015

“Prezidentin yarışlarda iştirakı onların uğurlu nəticələr qazanmalarına müsbət təsir edir” – nazir müavini

“Bugünkü uğurları qazanmaq üçün idmançılarımız 10 illər ərzində hazırlaşıblar. Onların respublikamızı dünyanın müxtəlif ölkələrində layiqincə təmsil etməsi, olimpiya oyunlarında uğurlu çıxışları, medallar qazanmaları göstərir ki, Azərbaycan dünyanın ən öndə gedən ölkələri ilə bir sıradadır”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib.

Ötən il idmançılarımızın dünyanın müxtəlif ölkələrində həm olimpiya, həm də qeyri-olimpiya növlərində 805 medal qazandığını deyən nazir müavininin sözlərinə görə, bu il də idmançılarımızın qələbələri gözlənilən idi:

“Biz idmançılarımızın uğurlarına əmin idik. Amma bu rəqabətdir, bütün dünya idmanda uğur qazanmağa çalışır. Bir göstərici idmançının hazırlığına təminat verə bilməz. Bunun üçün idmançının hərtərəfli hazırlığına ehtiyac var. Ona görə də idman ölkəmizdə hərtərəfli inkişaf edir. Prezidentin yarışlarda iştirak etməsi, idmançılara dəstək olması onların daha da uğurlu nəticələr qazanmalarına müsbət təsirini göstərdi”.

İ.İsmayılov qeyd edib ki, Azərbaycan idmanı bu gündən sonra daha da inkişaf edəcək və digər idman növlərində də uğur qazanacağıq:

“Su idman növlərində ən gözəl komplekslərdən biri inşa etdirilib. Avropa oyunlarında ölkəmizi təmsil edən idmançılar nəticələr əldə edə bilmədikləri idman növlərində gələcəkdə keçirilən beynəlxalq yarışlarda yüksək səviyyədə hazırlaşıb layiqli nəticələr göstərəcəklər. Ölkəmiz Rusiyadan sonra medalın əyarına görə ikinci yerdədir. Hazırda boksçularımız çox uğurlu çıxış edirlər. 10 idmançımız həm yarımfinalda, həm də ikinci yer uğrunda mübarizə aparacaq. Qarşıdakı cüdo oyunlarından da gözəl nəticələr gözləyirik. Bu uğurların olması dövlətimizin idmana göstərdiyi qayğının nəticəsidir. İdmançılarımız bu etimadı öz uğurları ilə doğruldacaqlar”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm