Bakı 2015: Hava proqnozu yarışın vaxtını dəyişdi
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Hava proqnozu yarışın vaxtını dəyişdi

Bakı 2015 I Avropa Oyunlarında start götürəcək sonuncu idman növünün proqramında dəyişiklik edilib.

Publika.az xəbər verir ki, sabah start götürəcək BMX velosiped yarışlarının vaxtı dəyişdirilib.

Buna həftəsonu gözlənilən kəskin küləkli hava şəraiti səbəb olub. Nəticədə zamana qarşı təsnifat yarışları sabah – iyunun 26-da saat 14:30-da başlayacaq. Bunun ardınca saat 17:00-də kişi və qadınlar arasında motokros yarışları baş tutacaq.

İyunun 27-də külək gözlənildiyindən velosipedçilər istirahət edəcək.

Yarımfinal və final yarışları isə iyunun 28-də saat 15:00-də start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm