Azad Rəhimov: “824 milyon mәnzildә bu oyunlar izlәnilir”
Bizi izləyin

Bakı 2015

Azad Rəhimov: “824 milyon mәnzildә bu oyunlar izlәnilir”

“253 medal komplektindәn 194 medal qazanılıb. 59 dәst medal 2 gün әrzindә idmançılara tәqdim olinacaq”.

Publika.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, yarışlarda Azərbaycan yığma komandası 2-ci yerdədir. İlk dördlükdə Azərbaycanla yanaşı, Rusiya, Almaniya və Böyük Britaniya var: "I Avropa Oyunlarında təmsil olunan Azәrbaycan komandası zәfәr günlәrini yaşayır. Azәrbaycan reytinqdә 2-ci yerdә qalıb. Sevinirik ki, bu yer indiyәdək bizdәdir. Әnәnәvi idman növlәri sahәsindә gözlәnilәn nailiyyәtlәrdәn savayı, dünәn qılıncoynatmada böyük qәlәbә oldu. Bünyatova bacılarının nailiyyәti bizi sevindirdi. Növbәti sevindirici mәqam tamaşaçıların marağıdır. İdman qurğularında yerlәrin 70-80 faizi tutulub. Tamaşaçılar bilet alıb oyunları izləyirlər. Yeni idman mәdәniyyәti formalaşır".

A.Rəhimov könüllülərin işindən də razılıq edib: "Biz onlara təşəkkürümüzü bildiririk ki, onlar bütün günü çalışırlar. Onların bütün işlərdə köməyi çoxdur".

Nazir qeyd edib ki, yarışlar ümumilikdə 61 televiziya kanalı vasitəsilə dünyanın 145 ölkəsində yayımlanır:

"824 milyon mәnzildә bu oyunlar izlәnilir. Açılış mәrasimi 120 ölkәdә canlı yayımlanıb. Yayım saatları tәxmini Soçi Olimpiya oyunları ilә eynidir. 253 medal komplektindәn 194 medal qazanılıb. 59 dәst medal 2 gün әrzindә idmançılara tәqdim olinacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm