Corc Soros “parazit” bankları dağıdır
Bizi izləyin

Banklar

Corc Soros “parazit” bankları dağıdır

Corc Soros “parazit” bankları dağıdır

Milyarder investor Corc Soros 2008-ci il böhranından bu yana “parazit” banklar sektorunda çox az dəyişiklik olduğunu bildirib. Publika.Az-ın verdiyi məlumata görə, bu barədə “Telegraph” agentliyi xəbər verir.

Soros bank sektorunu iqtisadiyyatın bərpasını ləngidən “parazit” hesab edir. Qanun tənzimləyiciləri ilə “çox yaxın” münasibətlər 2008-ci il böhranından bu yana çox az iş görüldüyünü göstərir.

Soros “Avropa İttifaqının Faciəsi” adlı yeni kitabında yazır: “Bank sektoru real iqtisadiyyata “parazit” kimi təsir göstərir. Maliyyə sənayesinin gəlirliliyi həddindən çox olub. Bir müddət Birləşmiş Krallıqda və ABŞ-da bütün ümumi gəlirlərin 35 faizi maliyyə sektorundan gəlib. Bu absurddur”.

Soros kitabda həmçinin avrozonanın iqtisadi böhranına səbəb olan problemlərin həll olunmama səbəblərini də göstərir.“Avropa bank sistemində maliyyə sövdələşmələrinin yerinə yetirilməsi üçün kreditdən istifadənin qarşısını almaq üçün çox az iş görülüb. Banklarda şirkət paylarının dəyəri mühasibat balanslarına nisbətdə çox azdır, bu isə onları təhlükədə qoyur”.

“Böyük şirkətlərə heç nə olmaz” prinsipi hələ həll olunmayıb. Avropa Bank İttifaqının təklif etdiyi çıxış yolu problemləri həll etmir”, - deyə Soros əlavə edib.

“Maliyyə sisteminə real təhlükə milli hökumətlərlə bank idarəetməsi arasındakı “çox yaxın” münasibətlərdir. Fransa xüsusilə maliyyə müfəttişliyi vasitəsi ilə öz əsas banklarını idarə etməkdə tanınır. Almaniyada banklar “Landesbanken” (“Banklar qrupu”), İspaniyada isə “Caixas” (“Əmanət bankı”) tərəfindən idarə olunur. Heç birinin əyalət siyasəçiləri ilə sağlam münasibətləri yoxdur”, - deyə Soros bildirib.

Bunda əlavə, doktor Gregor Piter Şmits ilə müsahibələrdə Soros yeni kitabında qüsurlu strukturlarında islahatlar aparmasa, Aİ-nin necə geridə qalacağını ümumi təsvir edir.

“Əyalətlərin mərkəzində yerləşən alman iqtisadiyyatı onun ən böyük zəifliyi ola bilər. Böhrandan əvvəl Almaniyada müvəffəq olmuş islahatlar önümüzdəki illərdə Avropanın yerdə qalan ölkələri üçün çarə ola bilməz”, - o deyib.

“Alman dilində “Schud” sözünün iki mənası var (“günah” və “borc”). Ona görə də, təbii ki, (“selbstverstandlich”) borclu ölkələri öz uğursuzluqlarına görə günahlandırmaq olar”, - Soros münasibət bildirib.

“Almaniya bəzən özünün haqlı olduğuna inanır, hətta bəzən ikiüzlüdür... 2003-cü ildə Almaniya avrozona qaydalarını pozan ilk Avropa ölkəsi idi”, - cənab Soros əlavə edib.

Almaniyanın avrozonanı tərk etmə perspektivi çox realdır, bu avronun alman markasının qiymətini aşağı salmasına gətirib çıxara bilər. Almaniya avronun qiymətinin qalxmasının necə çətin olduğunu onda başa düşəcək.

Qeyd edək ki, 1992-ci il keçirdiyi maliyyə əməliyyatları nəticəsində funt-sterlinqin dəyərinin düşməsi ilə bir gecədə varlanan, “İngiltərə banklarını dağıdan şəxs” ləqəbi ilə tanınan Soros ən uğurlu təcrübəsindən səmimi söhbət açır.

“Mənim vicdanım təmizdir. İştirak etdiyim böyük hadisələr, mən fərziyyələr irəli sürsəm də, sürməsəm də, gec-tez baş verir”, - o deyir.

Qeyd edək ki, “PublicaAffairs” nəşriyyatı tərəfindən buraxılmış “Avropa İttifaqının Faciəsi” kitabı martın 11-dən etibarən 12.99 funt-sterlinqə satışda olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm