SOCAR-ın 5 milyardlıq layihəsi xilas edilə bilər - TƏKLİF
Bizi izləyin

Banklar

SOCAR-ın 5 milyardlıq layihəsi xilas edilə bilər - TƏKLİF

SOCAR-ın 5 milyradlıq layihəsi xilas edilə bilər - TƏKLİF

Türkiyədə fəaliyyət göstərən "Denizbank" İzmirdə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti)"Star" neft emalı zavodunun (NEZ) tikintisi layihəsinin maliyyələşdirilməsində iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Borsa Gündem" qəzeti yazır.

"Denizbank" bu məqsədlər üçün 500 milyon dollar vəsait ayırmağa hazır olduğunu ifadə edib. Qəzet yazır: "ARDNŞ Türkiyə bankına Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) layihəni maliyyələşdirməkdən imtina etmələrindən sonra müraciət edib".

Qəzet, həmçinin ARDNŞ və "Denizbank" arasında razılaşmanın əldə olunduğunu bildirib.Bu layihənin maliyyələşdirilməsi üçün ARDNŞ artıq 475 milyon dollar vəsait ayırıb.ARDNŞ-nin Türkiyədə NEZ tikintisi layihəsinin dəyəri beş milyard dolları ötür.

Xatırladaq ki, Azərbaycan mediasında ARDNŞ-in sözügedən layihəsinin iflas etdiyi bildirilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm