Banklar
Bütün ödəniş kartlarını BirBank-dan idarə et!
Kapital Bank onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən müştərilərə BirBank tətbiqini təqdim edir. İstifadəçilər 1 dəqiqə vaxt sərf edərək, Kapital Bank-ın istənilən ödəniş kartı və ya mobil nömrə ilə onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər.
Əgər müştərinin istifadə etdiyi smartfon və ya planşet barmaq izi funksiyasını dəstəkləyirsə, tətbiqə barmaq izi ilə daxil olmaq mümkündür. BirBank vasitəsilə Kapital Bank müştəriləri hesabları, ödəniş kartları, kredit və depozitlərini banka gəlmədən idarə edə bilərlər.
Yeni tətbiq vasitəsilə istifadəçilər həmçinin bir sıra innovativ əməliyyatları həyata keçirə bilərlər: tətbiqə istənilən bankın ödəniş kartını əlavə etmək və bu kart vasitəsilə bir sıra əməliyyatlar həyata keçirmək, telefon kitabçasında olan, tətbiqi yükləyən digər istifadəçiyə pul göndərmək və ya ondan pul qəbul etmək və s.
Bundan başqa, tətbiq vasitəsilə kommunal / rabitə ödənişlərini həyata keçirmək, istənilən bank kartına köçürmələr etmək, həmçinin ödəniş şablonları yaratmaq mümkündür. Yeni tətbiqdə Kapital Bank-ın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, valyuta məzənnələrini izləmək mümkündür.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı