Yeni ADDIM: Öldükdən sonra yaddaşınız...
Bizi izləyin

Bilgi.az

Yeni ADDIM: Öldükdən sonra yaddaşınız...

Çinin "Huawei" şirkəti insanların yaddaşının saxlanılması üçün data mərkəzi potensial müştərilərin ixtiyarına verməyi planlaşdırır.

Publika.az-ın xəbərinə görə, həmin yaddaşdan insanların ölümündən sonra da istifadə etmək mümkün olacaq.

Hər bir insanın beynində müəyyən informasiya cəmlənib ki, onu köçürmək, ötürmək və saxlamaq mümkündür. Milyonlarla insanın yaddaşının saxlanılması üçün isə böyük həcmli yaddaşa malik qurğular və yüksək hesablama gücü lazım olacaq.

İdeyanın müəllifi və şirkətin rəhbəri Kevin Xo yeni ideyası haqda bunları deyib: "Aclıq, yoxsulluq, ölümcül xəstəliklər 20 ildən sonra problem olmayacaq. Lakin informasiyanın fiziki dünyadan rəqəmsal dünyaya ötürülməsi zamanı yüksək hesablama gücünə ehtiyac yaranacaq"

İnsanların yaddaşının saxlanılması xidməti sayəsində yaxın gələcəkdə ismarıcların mübadiləsi üçün proqramdan istifadə etməklə uşaq mərhum babası ilə "danışa" biləcək.

Qeyd edək ki, bu qeyri-adi xidmətin ödənişli olması nəzərdə tutulur.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm