Ərəblər kosmosa uçacaqlar
Bizi izləyin

Bilgi.az

Ərəblər kosmosa uçacaqlar

Birləşmiş Ərəb Əmirliklərində kosmodrom tikiləcək. Kosmik gəmilər üçün meydanın tikintisi 2016-cı ildə başa çatacaq.



Regionda ilk kosmodrom Əbu Dabi əmirliyində yerləşəcək. Kosmodromun tikintisini Amerikanın "Virgin Galactic" və əmirliyin "Aabar Investments" şirkətləri reallaşdıracaqlar.



"Virgin Galactic" şirkətinin icraçı direktoru Corc Uatsayds Abu-Dabidəki kosmodromun yaxın gələcəkdə həyata keçən daha bir layihəsi olduğunu deyib. O, həmçinin bildirib ki, yeni kosmodromdan kosmosdan ilk uçuşu da BƏƏ vətəndaşı edəcək. Bu məqsədlə ölkədə müsabiqə başlanacaq. Müsabiqədə qalib gələn Ərəbistan vətəndaşı 250 min dollarlıq biletə sahib olacaq, həmçinin Virgin şirkətinin kosmik komandası ilə göy orbitini səyahət edəcək.



İlk sınaq uçuşu Amerikanın Nyu Mexiko ştatında həyata keçiriləcək, kosmosa səyahət 5 dəqiqə çəkəcək. Səyahətçilər Yerə 1,6 min kilometr yüksəklikdən baxacaqlar./anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm