20 dollarlıq köhnə divandan 41 min dollar pul çıxdı -Fotolar
Bizi izləyin

Bilgi.az

20 dollarlıq köhnə divandan 41 min dollar pul çıxdı -Fotolar

Nyu-York kollecinin 3 tələbəsi 20 dollara üfunətli işlənmiş divan alıb, lakin gənclər divanın həqiqi dəyərinin nə qədər olmasından bixəbər olublar.

Tələbələr xeyriyyə bazarından aldıqları divanı evə gətirəndə yumşaq mebelin cırıq hissəsindən 41,000 dollar tapıblar. Bu pulları görən tələbələr sanki lotereya udmuş kimi çığır-bağır salıblar.

Pulları tapan tələbələr sevincdən şəkil çəkdirib və hətta gələcək üçün plan da qurublar. Lakin sonradan vicdan əzabı qarşısında qalan gənclər pulları sahibinə qaytarmaq niyyətinə düşüblər.

Tələbələr pulun sahibinin yaşlı qadın olduğunu biləndən kimi 41,000 dolları geri qaytarıblar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm