Bilgi.az
Ötən günün ən maraqlı Fotoları
Braziliyada futbol üzrə dünya çempionatı davam etdiyi halda planetimizin müxtəlif yerlərində maraqlı hadisələr baş verir. Publika.az ötən günlərin ən maraqlı hadisə və fotolarını təqdim edir:
- Meksika, Mexiko şəhəri. “Fuentes Gasca Brothers” sirkində çalışan Karla Rozalez sirkdə heyvanların istifadəsinə qadağanı təsdiqləyən qanun layihəsinə qarşı çıxış edir
- Şotlandiya, Sterlinq şəhəri. Aktyor Bannokbörn müharibəsində Tomas Randolfu canlandırarkən.
- Misir, Qahirə şəhəri. Misirli rəqqas milli geyimdə rəqs edir. Sanki qoynunda körpə saxlayan rəqqasın rəqsi qarşıdan gələn Ramazan ayını simvolizə edir.
- Fransa, Marsel şəhəri. Əlcəzairli futbol azarkeşi Əlcəzairin dünya çempionatında Rusiyanı məğlub etməsindən sonra.
- ABŞ, San-Fransisko şəhəri. Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən Qızıl Darvaza körpüsü (The Golden Gate Bridge) dumana qərq olub.
- Yəmən, Səna şəhəri. Səna şəhərində kişi məsciddə Quran oxuyur. O, islam təqvimində müqəddəs ay hesab edilən Ramazan ayında tutulacaq oruca hazırlaşır.
- Hindistan, Amritsar şəhəri. Hindistanlı siqh dininə sitayiş edən döyüşçü atları ilə “Amritsar Fond Günü” müsabiqəsində iştirak üçün gözləyərkən.
- Hollandiya, Haaqa şəhəri. Rəssam Yan Vermerin “Mirvari sırğalı qız” obrazına daxil olmuş gənc qadın Haaqa muzeyindəki sərgidə.
- Almaniya, Lyubbenau şəhəri. Ukraynadan olan iştirakçılar milli geyimdə Lyubbenau şəhərində keçirilən “Folklorelawine” festivalında iştirak edir.
- ABŞ, Pensilvaniya ştatı. Pensilvaniya ştatında keçirilən vikinq döyüşlərində kişi hərbi geyimdə.
Nura
Oxumağa davam et
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi