Meymunun dəfninə 800 nəfər gəldi
Bizi izləyin

Bilgi.az

Meymunun dəfninə 800 nəfər gəldi

Yaponiyanın Oite təbiət parkında makaka növündən olan meymunla vida mərasimi keçirilib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bazar günü keçirilən dəfn mərasiminə 800 nəfər adam qatılıb.

Bençu ləqəbli meymunun xatirəsinə keçirilən tədbirə şəhər meri və sadə insanlar qatılıblar. Meymunun şərəfinə təntənəli sözlər deyilib, səmaya şarlar buraxılıb.

Parkda bu cür tədbir ilk dəfədir ki keçirilir.

Meymunun öldüyü yanvarın 18-də elan olunub. Onun 33 yaşı var idi. Bu isə meymuna görə olduqca uzun ömür hesab olunur. Meymunun 33 yaşını insanın 110 yaşı ilə müqayisə etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm