Azad edilmiş Slavyanskda kütləvi həbslər başladı
Bizi izləyin

Bilgi.az

Azad edilmiş Slavyanskda kütləvi həbslər başladı

Ukrayna ordusu iyunun 5-də Slavyansk, Kramatorsku, iyunun 6-da isə Artemovs və Drujovkanı separatçılardan təmizləyib.

Publika.az “İTAR-TASS”a istinadən xəbər verir ki, Ukrayna prezidenti Petr Poroşenko müdafiə naziri Valeri Qaleyeyə azad edilmiş şəhərlərin minalardan təmizlənməsi barədə xüsusi tapşırıq verib. Bu tədbirlər mülki əhali arasında tələfat olmaması üçündür.

Slavyanskda xidmət çəkmək üçün ölkənin digər regionlarından xeyli milis işçisi gəlib. Yerli milis işçilərinin separatçılarla əlbir olub-olmamasını isə xüsusi istintaq qrupu araşdırır. “Rossiya-242” kanalının verdiyi məlumata görə, artıq şəhərdə 25-35 yaş arasında olan gənclərin kütləvi həbsi gedir. Həbslə yanaşı saxlananların evlərində axtarış aparılır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm