Bilgi.az
Məşhur diktorun adına küçə verildi
Bu il avqust ayının 20-də unudulmaz insan, əfsanəvi Azərbaycan diktoru, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı Aydın Qaradağlının 85 illik yubileyi qeyd olunacaq.
Publika.az xəbər verir ki, 17 yaşında diktor olmuş Aydın Qaradağlı uzun ömür yaşamasa da, Azərbaycan mədəniyyətində səsinin rolu olduqca böyükdür. Onun səsi Azərbaycan mədəniyyətinin, şeir və hekayələrin, ədəbiyyatın təbliğat və təşviqat carçısı simvoluna çevrilmişdi. Aydın Qaradağlı istər rəsmi mövzuları, istərsə də bədii əsərləri dinləyicilərə böyük məharətlə çatdırırdı. İşində Kazım Ziya aktyor məktəbini nitq sənəti ilə özünəməxsus ustalıqla vəhdətləndirən Aydın Qaradağlı diktor peşəsini incəsənət zirvəsinə qaldıra bilmışdır. Görkəmli sənətkar, sadə insan Azərbaycan xalqının böyük hörmət və məhəbbətini qazanmışdır. Hazırda respublikada tanınmış diktorların əksəriyyəti məhz Aydın Qaradağlı diktor məktəbindən bəhrələnmişdir. Bu gün də Aydın Qaradağlı fenomeni diktorlarımız tərəfindən araşdırılıb işlərində tətbiq olunmaqdadır. Bu böyük insan Azərbaycanda diktorlar arasında ilk dəfə olaraq Əməkdar artist adına layıq görülmüşdür.
Bütün bunları nəzərə alaraq Siyəzən Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Siyəzən şəhərindəki Məşədi Əzizbəyov küçəsinin adı dəyişdirilərək Aydın Qaradağlı adı ilə əvəzlənib.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO