Faciəyə saniyələr qalmış çəkilmiş fotolar
Bizi izləyin

Bilgi.az

Faciəyə saniyələr qalmış çəkilmiş fotolar

Çəkilmiş bəzi fotolar özündə bir çox insanın deyə bilməyəcəyi informasiyanı çatdırır. Elə fotolar var ki, faciədən cəmi 12 saniyə əvvəl çəkilib.

Publika.az bu cür fotoları təqdim edir.

Om şəhərində adi bir gün

1998-ci il avqustun 15-də Şimali İrlandiyanın Om şəhərində avtomobil partladılıb. Terror aktında İrlandiya Respublikası Ordusu təşkilatı məsuliyyət daşıyıb. Nəticədə 29 insan həlak olub, 200 insan isə müxtəlif dərəcəli zədə alıb. Fotonun çəkildiyi fotoaparat isə qalıqlar arasından tapılıb. Fotodakı insan sakit küçənin ortasında dayanaraq gülümsəyir. Onun heç ağlına belə gəlmir ki, fotonun çəkilməsindən bir neçə saniyə sonra bomba partlayacaq. Bu, Om şəhərində çəkilmiş ən heyrətamiz şəkillərdən biri hesab edilir. Fotoda çəkilmiş arxadakı insanlar da bir neçə saniyədən sonra bədbəxt hadisə ilə üzləşəcəklərindən şübhələnməyiblər.

Recina Key Uoltersin sonuncu fotosu

Recina Key Uolters Texas ştatından olan 14 yaşlı qız idi. O, qatil Robert Ben Roudsun qurbanı olub. Qatil qurbanını öldürməzdən əvvəl onunla oynamağa qərar verir. Qızın saçlarını kəsərək, əyninə paltar geyindirir və onun şəklini çəkib. Nəticədə, şəkildən görünən bədbəxt insan obrazı yaranıb.

Roudsu 1992-ci ildə həbs edə biliblər, lakin həmin vaxtadək qədər o, bir neçə adamı da qətlə yetirib. Qatil ömürlük həbs edilib və hazırda Texas həbsxanasında saxlanılır. Fotodakı zavallı qızın ölümünə bir qədər qalmış qatilinə baxması isə bu gün də görənləri qorxuya salır.

Reynaldo Daqsın qətli

Filippinli siyasətçi Reynaldo Daqs 2011-ci ildə Yeni ili qeyd edərkən silahlı qruplaşma tərəfindən qətlə yetirilib. Yeni il günü Daqs çöldə ailəsinin fotosunu çəkərkən təsadüfən qatil də obyektə düşüb. Bu hadisədən sonra Daqsın arvadı dəlil-sübut kimi fotonu hüquq mühafizə orqanlarını göstərib. Elə fotoya əsasən qətlə aidiyyəti olan 2 kişi həbs edilib. Çox maraqlıdır ki, fotonu çəkən 35 yaşlı şəxs ailə fotosunu lentə alarkən eyni zamanda öz ölümünü də çəkib.

Bis çayında faciə

2014-cü il iyunun 8-də Hindistanın Heydərabad şəhərində Bis çayında böyük bir dalğa 24 tələbənin həyatına son qoyub. Universitetdə mühəndislik təhsili alan tələbələr Bis çayında yerləşən hidroelektrik stansiyanın tədqiqi ilə məşğul idilər. Onları əraziyə aparan avtobus Bis çayının kənarında dayanır ki, tələbələr bir neçə şəkil çəkdirsinlər. Bu zaman hidroelektrik stansiyanın şlüzü heç bir xəbərdarlıq olmadan qaldırılıb və dalğa 24 tələbəni sahildən bir anın içində sürüyüb aparıb. Faciə stansiya işçilərinin səhlənkarlığı ucbatından baş verib. Çəkilmiş foto isə tələbə qrupunun sonuncu şəkli olub.

Əcəlini gözləyən adam

Fotoda gördüyünüz insan ABŞ-da yaşayan 58 yaşlı Ki Suk Xandır. Onu qatar altına Naim Devis adlı bomj itələyib. Onların arasında mübahisə yaranıb və o, Xanı qatarın altına itələyib. Şahidlərin sözlərinə görə, Xan içkili olub və daha əvvəl arvadıyla dalaşıb. Amma haqq-hesabı nədənsə Devislə çürüdüb. Devis əmin edir ki, Xan onun yaxasından yapışaraq əl çəkməyib. Nəticədə, Xanı qatarın altına itələməklə canını qurtarmaq istəyib. Fotoda isə əcəl – qatar Xana yaxınlaşmaq üzrədir.

Bad Duayerin ictimai intiharı

Robert Bad Duayer ABŞ senatında Pensilvaniya respublikaçılarının nümayəndəsi olub. Onu rüşvət almaqda ittiham ediblər və 1987-ci il yanvarın 22-də o, mətbuat konfransı keçirib. Konfransa gələnlər onun istefa verəcəyini güman ediblər. İttiham sübuta yetirilərsə, onu 55 il həbs və 300 min dollar civarında cərimə gözləyirdi. Mətbuat konfransı canlı yayımlanıb. Duayer nitq söylədikdən sonra dərhal dayanaraq öz əməkdaşlarına zərf paylamağa başlayıb. Sonuncu zərfi verdikdən sonra Duayer tapançanı çıxararaq deyib: "Bu sizi narahat edirsə, otağı tərk edə bilərsiniz". Bundan sonra o, tətiyi çəkib. Hadisə elə tez oldu ki, onu dayandırmaq olmadı və adam yerindəcə həlak oldu.

Duşdan sonra...

Yəqin, siz 30 yaşlı Trevisin duş qəbul edən fotosunu görmüşünüz. Bu foto çəkildikdən sonra o, keçmiş rəfiqəsi Codi Arias tərəfindən vəhşicəsinə qətlə yetirilib. Qətl baş verdikdən sonra bu foto bir çox telekanalların xəbərlərində yayımlanıb. 2008-ci ildə Trevisin dostları onu Arizona ştatında yerləşən evin hamam otağında ölü tapıblar. O, hamam otağında döşəmədə uzanaraq 27 bıçaq yarası, bir güllə yarası alıb və mərhumun boğazı kəsilib. Rəfiqəsi Arias bunu özünümüdafiə məqsədilə etdiyini deyib. Qeyd edək ki, Arias hələ də həbsxanadadır və məhkəmə hökmünü gözləyir. Onun məhkəməsi 2014-cü il sentyabrın 8-də keçiriləcək.

Müşahidə kameralarındakı uşaq fotosu

Böyük Britaniya 1993-cü il fevralında 10 yaşlı iki oğlan ticarət mərkəzində oğurlanmış 2 yaşlı Ceyms Balceranı qətlə yetirib. Bu qətl hadisəsi İngiltərədə valideynlər arasında təşvişə səbəb olub. Balceranın qatilləri tərəfindən aparılması kadrlarını müşahidə kameraları çəkmişdi. Bu foto aylarla ölkə kanallarının efirindən düşmədi. Bu kadrlar 2 yaşlı uşağın son görüntüləri idi.

Con Lennon qatili Mark Çepmenlə

1980-ci il dekabrın 8-də Nyu-York şəhərində Devid Çepmen məşhur Con Lennonu qətlə yetirib. Con Lennonun son fotosunda Çepmen də düşüb. Fotonun çəkilməsindən bir saat sonra musiqiçi qətlə yetirilib.

İki qardaş istirahətdə

1975-ci il Maykl və Şon Makkuilken qardaşları Kaliforniyada istirahətdə olublar. Onların sonuncu, məzəli fotosunu bacısı çəkib. Foto zamanı ağac budaqlarından buynuz qoyan qardaşlar gülümsəyiblər. Şəklin çəkilməsindən bir neçə dəqiqə sonra qardaşları ildırım vurub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm