Dünyanın 5 ən təhlükəli yeri
Bizi izləyin

Bilgi.az

Dünyanın 5 ən təhlükəli yeri

Sentyabr ayı olmasına baxmayaraq, hələ də istirahət edən insanların sayı az deyil.

Siz ekstremal səyahət axtarışındasınızsa belə, bu ölkələrə nə badə gedəsiniz! Bizim gözəl planetimiz ekzotik və ölümcül yerlərlə zəngindir. Publika.az belə təhlükəli yerlərdən bir neçəsini təqdim edir:

Somali

Dünyada cinayət səviyyəsinin yüksək olduğu bir çox şəhərlər var. Məsələn, Meksikanın milyonçu şəhəri Syudad-Xuares ABŞ-la Meksika sərhədində yerləşir. Burada 1993-cü ildə dünyanı sarsıdan bir hadisə baş verib. Şəhərdə 370 qadın vəhşicəsinə qətlə yetirilib. Rio-de-Janeyro və Parisdə isə qadınlara tək gəzmək məsləhət görülmür. Amma bəzən ölkə cinayət səviyyəsinə görə təhlükəli olur. "Təhlükəli ölkə" dedikdə isə ağıla ilk növbədə müasir quldurların vətəni hesab edilən şərqi Afrika ölkəsi Somali gəlir.

Əslində, Somalini ölkə adlandırmaq da çətindir. Ölkədə anarxiya, cinayət və aclıq baş alıb gedir. Hətta Somali sahillərinə tərəf üzmək də məsləhət görülmür. Burada quldurlar bol olduğundan, gəmilər heç Somali sularına da girmir. Ölkənin şimalında müharibə vəziyyəti davam etdiyi zamanda paytaxt Moqadişo klan və cinayət qruplaşmaları arasında bölünmək üzrədir. Qətl, zorakılıq, günün günorta çağı oğurluq, səpələnmiş meyitlər və cəzasızlıq – bura Somalidir. Ölkədə Əl-Qaidə ilə əməkdaşlıq edən Somali İslam Əmirliyi adlı radikal islam hərəkatı fəaliyyət göstərir.

Keymada-Qrandi və ya İlanlar adası

Xəritəyə baxdıqda Keymada-Qrandi Atlantik okeanı hövzəsində yerləşən cənnətməkana bənzəyir. Ada Braziliyanın San-Paulu şəhərindən 35 kilometr uzaqlıqda yerləşir. Bu "cənnətməkana" nəinki turistlər, hətta yerli əhali də buraxılmır. Adaya gedə bilərsiniz, amma başınıza gələ biləcək hər hansı fəlakətə görə heç kimin məsuliyyət daşımayacağı haqda müqavilə imzalamalısınız.

Keymada-Qrandi dünyada ən təhlükəli ilan olan Botrops insularisin vətənidir. Bu ilanın sancması ölümlə nəticələnir. Ölüm bir kənara, əvvəlcə sizin bədəniniz sümüyə qədər çürüyəcək. Sancma nəticəsində insan və ya heyvan bədəni tamamilə çürüyərək məhv olur. Ağrı haqda heç danışmağa dəyməz. 1985-ci ildə etibarən ada - dövlətin nəzarəti altına keçərək zəhərli ilanların qoruğuna çevrilib. Adada yalnız mayak qalıb. Ərazinin hər kvadratmetrində 1-5 ədəd ilan gəzişir. Ağac budaqları isə gürzələrlə əhatə olunub. İlanlar budaqlara qonan hər şeydən xəbərsiz quşlarla qidalanır.Keymada-Qrandi dünyada yeganə yerdir ki, insanları sıxışdırıb torpaqlarını ələ keçirib.

Ölüm yolu

"The North Yungas Road" və ya Tale yolu, Ölüm yolu kimi tanınan yol dünyada təhlükə səviyyəsinə görə III yerə çıxıb. Yol Boliviyada yerləşir və 600 metr dərinliyi olan uçurumdan keçir. Yolun uzunluğu 70 kilometr, eni isə 3,2 metrdir.

Avtobus və yük maşınları bu yoldan çox çətinliklə keçir. Yolun hətta elə bir hissəsi var ki, avtobusun bir təkəri uçurumun üzərində, digəri isə yolda olur. Bu yol paytaxt La-Pas və Koroyko şəhərini birləşdirən yeganə yoldur. Başqa alternativ yoxdur.

Yolun darlığı bir yana, noyabrdan marta qədər burada tropik yağışlar yağır. Bu azmış kimi, yolu duman tamamilə bağlayır. Hələ bu harasıdır? Sel suları, gilli, daşlı, sürüşkən yol insanların keçməsini daha da çətinləşdirir. Yolboyu həlak olanların şərəfinə qoyulmuş xaç və dərəyə yuvarlanmış maşınlara rast gələ bilərsiniz. Bu yoldan keçənlərə yalnız dua kömək ola bilər.

"The North Yungas Road" yolunda hər il 200-300 insan həlak olur. Bütün təhlükələrə baxmayaraq, yol bir çox turistlərin sevimli yeridir. Onlar buradan daha çox velosipedlə keçməyə üstünlük verirlər. Lakin bu da heç sığorta deyil. 1998-ci ildə yolda 18 velosipedçi həlak olub.

Vaşinqton dağı

ABŞ-ın şimal-şərqində yerləşən Vaşinqton dağının hündürlüyü 1917 metrdir. Düzdür, Vaşinqton dağı regionun ən hündür zirvəsidir, lakin onun özəlliyi bunda deyil. Burada küləyin sürəti rekord həddə çatır. Tornadonun sürətini Yer Kürəsindən ölçmək olmadığından o, peyk vasitəsilə qeydə alınır. Tornadonun maksimum səviyyəsi isə Vaşinqton dağındakı küləyə əsasən götürülüb. 1934-cü ildə Vaşinqton dağında küləyin sürəti saatda 372 kilometr olub. Bundan əlavə, dağ zirvəsi çox soyuqdur. Lakin buna baxmayaraq, dağın gözəlliyi turistləri cəlb edir.

Danakil səhralığı

Danakil səhralığını "Yerin Cəhənnəmi" də adlandırırlar. Bura ekstremal istilər (50 dərəcə Selsi) və Yer qatına qalxan zəhərli qazlarla boldur. Burada siz heç vulkan əlindən addım da ata bilməzsiniz. Lakin səhranın landşaftı insana sanki başqa bir planetdə olduğunu hiss etdirir. Oksigen azlığı, zəhərli qaz bu səhraya xarakterikdir.

İş ondan ibarətdir ki, Ərəbistan tektonik plitəsini Afrika plitəsindən ayıran qırılma xətti buradan keçir. Buna görə də ərazidə zəlzələ, vulkan zəngindir. Bu azmış kimi, səhrada məskunlaşmış Efiopiya tayfaları sizi bir tikə çörəyə görə öldürə bilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm