Dünyanın ən balaca iti – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən balaca iti – FOTOLAR

Böyük Britaniyada yaşayan Tayson adlı it boksçu adaşı qədər güclü və hündür olmasa da, o hamının sevimlisidir. İş ondadır ki, 5 yaşlı Taysonun çəkisi 300 qram, boyu isə 10 santimetrdir. Elə buna görə də Taysonu dünyanın ən balaca iti hesab edirlər. Onun sahibəsi Rozmari MakLinden onun üçün hətta normal xalta tapa bilmir.

Tayson o qədər balacadır ki, digər itlər kimi qaçıb sahibəsinin ətrafında dövrə vura bilmir. Tayson öz bacı-qardaşları və anası tərəfindən tərk edilib. Lakin onun 46 yaşlı sahibəsi Taysona analıq edərək onu öz əli ilə yemləyib.

Dörd uşaq anası olan Rozmari deyib: "Biz onu zibil qutusundan tapmışıq. Uşaqlarım əvvəlcə onun ciyildiyən oyuncaq olduğunu zənn etmişdilər".

MakLinden ailəsi dünyanın ən balaca iti olan Taysonu Ginnesin Rekordlar Kitabına salmaq haqda da düşünür. Onu çimizdirdikdə isə it bir az da cılızlaşır. Çünki itin tükləri çox qalındır.

Çixuaxua cinsli it gəlincik üçün nəzərdə tutulan çarpayıda yatır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm