Ulduz futbolçuların azərbaycanlı sevgililəri - Fotolar
Bizi izləyin

Bilgi.az

Ulduz futbolçuların azərbaycanlı sevgililəri - Fotolar

Ulduz futbolçuların azərbaycanlı qızlara olan marağı bu günə kimi sirr olaraq qalır.

Axar.az kiçik bir arayış əldə edərək əcnəbi futbolçularla eşq yaşayan azərbaycanlı qızlar haqda məlumat toplayıb.

Məsələn, bir müddət əvvəl "Fənərbaxça"nın ulduz oyunçusu Səlcuq Şahinin Leyla Süleymanova ilə birlikdə çəkilən fotosu yayımlandı. İstanbulda iş adamı olan L.Süleymanova S.Şahinlə eşq yaşaması haqda iddiaları təkzib etdi. Lakin "od olmayan yerdə tüstü çıxmaz" deyiminə və sözügedən görüntüyə inansaq, bu ehtimal qüvvəsindədir.

Daha əvvəl isə azərbaycanlı məşhur model Günay Musayevanın adı "Adanaspor"un futbolçusu olmuş Erkan Ergünlə hallandı. Hazırda birlikdə olmasalar da, ulduz futbolçu ilə azərbaycanlı qızın eşqi növbəti faktdır.

Açıq-saçıq fotoları ilə yadda qalan şou-biznes nümayəndəsi Afaq Aslanın "Beşiktaş"ın məhşur, qalmaqallı hücumçusu olmuş Paskal Numa ilə gizli eşq yaşadığı barədə xəbərlər mediada əksini tapıb.

Ola bilsin ki, müğənni öz piarı üçün belə bir uydurma sızdırıb və dezinformasiya onu məşhurlaşdırıb. Ancaq fakt budur ki, Paskal Numa ilə adı hallanıb.

Habelə, yaxın keçmişdə Belorusda yaşayan azərbaycanlı müğənni Günəş Abbasova ilə türkiyəli futbolçu Gökhan Cingöz evləniblər. Cingöz "Qalatasaray"ın oyunçusu olub.

Məhşur rus futbolçusu Andrey Arşavinin də sevgilisi azərbaycanlı olub. Dərya adlı qızın əvvəlki nikahdan 2 övladı var.

Onu da demək yerinə düşər ki, Azərbaycanda oynayan əcnəbi futbolçuların, ölkəmizdə tanınan legionerlərin də azərbaycanlı sevgililəri olduğu barədə iddialar var. Etiraflar olmadığı üçün onların adlarını yazmağı qeyri-etik saydıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm