64 ildir evli cütlükdən inanılmaz qərar - eftanaziya
Bizi izləyin

Bilgi.az

64 ildir evli cütlükdən inanılmaz qərar - eftanaziya

Belçikanın paytaxtı Brüsseldə yaşayan 89 yaşlı Francis və 86 yaşlı Anna gələcəkdə yatağa məhkum qalmamaq və birlikdə ölmək üçün eftanaziya qərarı verdilər. Publika.az-ın məlumatına görə, soyadları açıqlanmayan bu cütlüyün 3 yetişkin uşağı var və onlar da qərarı qəbul ediblər.

Francis 20 ildir ki, xərçəngdən müalicə alır, Annanın isə qulaqları eşitmir. Onlar eftanaziya ilə həyatlarına son qoyan ilk cütlük olacaqlar.

Bir neçə ay sonra onlar bu istəklərini həyata keçirəcəklər. 64 ildir evli olan cütlük, evləndikdən bu günə qədər heç vaxt bir-birindən ayrılmayıb.

Qeyd edək ki, Belçika qanunvericiliyi eftanaziyaya icazə verir. Baxmayaraq ki, cütlüyün ölümcül xəstəliyi yoxdur, amma onlar bu yolla ölməyi seçiblər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm