Müğənninin qulağından hörümçək çıxdı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Müğənninin qulağından hörümçək çıxdı – FOTOLAR

Həkim 30 yaşlı britaniyalı müğənni Keti Meluanın qulağında hörümçək tapıb. Hörümçək qadının xarici eşitmə orqanında düz 1 həftə yaşayıb. Maraqlısı budur ki, hörümçək qadının qulağına qulaqlıqdan düşüb.

Keti Melua bir həftə müddətində qulağındakı xışıltı səsindən əziyyət çəkib. Sonda müğənni həkimə müraciət etməli olub. Müayinədən sonra qadının qulağında canlı həşərat aşkarlanıb.

Həkim Keti Meluanın qulağından hörümçəyi çox ehtiyatla çıxara bilib. Keti isə öz növbəsində hörümçəyin şəklini "Instagram" sosial şəbəkəsində paylaşıb.

Ketinin sözlərinə görə, 1 həftə bundan qabaq o, köhnə qulaqlığından istifadə edib. Onun sözlərinə görə, qulağında xışıltıdan başqa heç nədən əziyyət çəkməyib.

Keti onunla 1 həftə birgə yaşayan həşəratı öldürmədən təbiətə buraxıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm