İnternetdə iPhone 7 haqda informasiya yayıldı
Bizi izləyin

Bilgi.az

İnternetdə iPhone 7 haqda informasiya yayıldı

iPhone 7 mobil telefonunun ölçüsü iPhone 6-dan daha böyük olacaq.

Bu haqda "The İnternational Business Times" resursu məlumat verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, iPhone 7-in korpusu böyükdür və iPhone 5-də yol verilmiş təsvir problemləri bu telefonda aradan qalxacaq. iPhone 7 smartfonun ön panelində barmaq izi ilə fəaliyyətə düşən düymə olmayacaq. Yeni texnologiya sahibin üz cizgilərinə görə blokdan çıxacaq.

iPhone 5S satışa çıxanda da kütləvi informasiya vasitələri mobil qurğunun ekranında barmaq izlərinin skaneri olacağını ehtimal edirdi. Lakin şayiələr özünü doğrultmadı.

iPhone 7 mobil telefonun şüşəsi də sapfirdən hazırlanacaq. Yeni texnologiyanın üz örtüyü əvvəlki kimi "Gorilla glass"-dan hazırlanmayacaq.

iPhone uzun müddətdir 8 meqapikselli kameradan istifadə edib. Növbəti nəsildə isə meqapiksel 14-ə qaldırılacaq. Bundan əlavə, iPhone 7 əvvəlki smartoflanlardan fərqli olaraq, 4 nüvəli prosessora malikdir. Maksimum yaddaş həcmi 256 giqabayta qədərdir. Yeni texnologiyada batareya enerjini uzun müddət saxlaya biləcək.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm