Bilgi.az
2100-cü ildə hansı şəhərlər yer üzündən silinəcək?
Tədqiqatçıların sözlərinə inansaq, nəvələrimiz aşağıda göstərilmiş fotolardakı şəhərləri elə fotolarda görə biləcəklər.
Çünki deyilənlərə görə, təbiət 2100-cü ilə kimi bir sıra şəhərləri yer üzündən siləcək. Bu, əsasən, iqlim və torpaq dəyişkənliyi, dəniz səviyyəsinin qalxması, sosial və iqtisadi problemlərə görədir.
Publika.az yer üzündən tamamilə silinmə riski altında olan şəhərlərin siyahısını təqdim edir.
San-Fransisko, ABŞ
San-Fransisko şəhərinin zəlzələ ocağı olmasından çoxlarının xəbəri var. Kaliforniya universitetinin mütəxəssisləri 2086-cı ildə şəhərdə 7 bal gücündə zəlzələ olacağı barədə proqnoz veriblər.
Venesiya, İtaliya
Dünyanın ən romantik şəhərlərindən biri hesab edilən Venesiya artıq suya batmaq üzrədir. 100 il ərzində şəhərdə yüklənmə tempi artıb, torpaq səviyyəsi isə 24 santimetr aşağı enib. Qrunt suları da Venesiyanı çökdürməyə davam edir.
Detroyt, ABŞ
"Avtomobil şəhəri" tezliklə "Atılmış şəhərə" çevrilə bilər. İş ondadır ki, sakinlər şəhəri günbəgün tərk edirlər. Bu tendensiya dəyişməsə, 2100-cü ilə kimi Detroyt adlı şəhərə yalnız tarix kitablarında rast gəlinəcək. Avtomobil sənayesində yüksək rəqabət, işsizlik səviyyəsinin qalxması, cinayət hallarının çoxalması şəhərdə yaşayışa mənfi təsir edir.
Mexiko, Meksika
İlk vaxtlarda Mexiko qədim bir imperiyanın bünövrəsini qoyan şəhər olub, sonradan isə o, planetin ən böyük şəhərlərindən birinə çevrilib. Bu müasir meqapolisdə 20 milyondan çox insan yaşayır. Şəhərin problemi isə onun torpaq qatındadır. Yerli məmurların verdiyi məlumata görə, şəhər hər il 9 santimetr aşağı enir. Növbəti 60 ildə isə torpağın səviyyəsi düşməyə başlayacaq.
Bancul, Qambiya
Qərbi Afrika ölkəsi olan Qambiya dəniz səviyyəsinin qalxması və eroziya nəticəsində paytaxtını itirə bilər. Banculun su altında qalma riski artıb, çünki iqlim dəyişkənliyi nəticəsində dəniz suyu artıq bir neçə metr qalxıb. Ən pisi isə odur ki, ölkənin düyü plantasiyaları da su altında qala bilər. Nəticədə, əhali arasında aclıq və səfalət başlayacaq.
Timbuktu, Mali
Küləyin təsiri altında qum təpələri bu məhsuldar və ekzotik torpağa çatdıqda fəlakət baş verir. Afrikanın cənubu da bu fəlakətlə üz-üzə qalıb.
Neapol, İtaliya
Neapol şəhəri turistlərin ziyarət etdiyi yerlərdən biridir. Eramızdan əvvəl 79-cu ildə Pompey şəhərini yerlə yeksan edən Vezuvi vulkanı da Neapol körfəzində yerləşir. Mütəxəssislər vulkanın əsrin ortasında bir daha oyanacağını proqnozlaşdırırlar. Beləliklə, Neapol "qırmızı zonada" yerləşir. Bu isə o deməkdir ki, vaxtında evakuasiya edilməsə, yarım milyon insan vulkan lavası altında qala bilər.
Banqkok, Tailand
Banqkok şəhəri dəniz səviyyəsinin qalxmasına görə təhlükə altında qalıb.
Nura
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı