Bilgi.az
Ceyms Bond gerçək olur: lazer saat ixtira olundu - VİDEO
Almaniyada yaşayan həvəskar ixtiraçı Patrik Pribe lazer qol saatı ixtira edib.
Publika.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, cihaz 1983-cü ildə çəkilmiş "Heç vaxt "heç vaxt" demə" filminin baş qəhrəmanı Ceyms Bondun saatının prototipidir. Lazer saat vasitəsilə əşyaları bir neçə metrdən yandırmaq mümkündür.
Pribenin sözlərinə görə, belə bir saat düzəltmək onun ağlından da keçməyib. Lakin azarkeşlərin çoxsaylı təkidi ilə belə bir ixtiraya imza atıb. Əsas vəzifəsi vaxtı göstərmək olan saat əlavə olaraq lazerlə də təchiz olunub.
İxtiraçı özü də etiraf edir ki, saat gündəlik istifadə üçün münasib deyil. Yeni ixtiranın daha bir məhdud cəhəti də müəyyən vaxt limitində işləməsidir. Belə ki, saatın batareyaları enerji toplayaraq işlədiyindən, onu bütün gün ərzində işlətmək mümkün deyil.
Daha əvvəl ixtiraçının "Dəmir adam" və "Hörümçək adam" filmlərindən istifadə edərək, lazer əlcək ixtira etdiyi də məlumdur.
Gülnar Əliyeva
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı