Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək
Bizi izləyin

Bilgi.az

Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

Azərbaycanlı iş adamı İsgəndər Xəlilovin rəhbərlik etdiyi “İSR” Şirkətlər Qrupu Bodrumda otel tikəcək. Publika.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə “İSR” Şirkətlər Qrupunun vitse-prezidenti Zafer Tangil bildirib.

Zafer Tangil yeni otelin Azərbaycan vətəndaşları üçün də böyük bir fürsət olacağını deyib.

“İSR” Şirkətlər Qrupu daha əvvəl Bodrum vilayətinin Türkbükü rayonunda 120 milyon dollara yenilədiyi turizm mərkəzini “Hilton Bodrum” olaraq istifadəyə vermişdi. Türkiyə Böyük Millət Məclisinin bu il mayın 2-də qəbul etdiyi qanuna əsasən, xarici vətəndaşlar Türkiyə torpaqları üzərində mülk sahibi ola bilərlər.

“İSR” Şirkətlər Qrupu 1995-ci ildə tanınmış iş adamı İsgəndər Xəlilov tərəfindən qurulub. Şirkətin Azərbaycan, İsveçrə, Rusiya və Türkiyədə ofisləri var.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm