Sifariş etdikləri toy paltarından qəzəblənən gəlinlər – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Sifariş etdikləri toy paltarından qəzəblənən gəlinlər – FOTOLAR

Hər bir qız toy gününün mükəmməl olmasını və toy mərasiminin unudulmaz keçməsini arzulayır.

Həyatın ən önəmli günlərindən biri hesab olunan toy gününün əsas atributlarından biri də gəlinlik paltarıdır. Lakin paltarın bahalığını nəzərə alan qadınlar çox zaman libası internetdən sifariş etməyə məcbur olur. İnternet səhifələrində nümayiş olunan incə və əsrarəngiz gəlinlik geyimlərinə aldanan qadınlar sifariş zamanı gözlənilməz hadisə ilə qarşılaşırlar. Sən demə, internetdə reklam olunan geyimlər gerçəkdə tamamilə fərqlidir. Necə deyərlər, ucuz ətin şorbası olmaz...

Sifarişlə gələn gəlinlik paltarlarından qəzəblənən gəlinlər öz fikirlərini internetdə bölüşüblər. Dizaynerlər iqtisadi cəhətdən cibinə qənaət etmək istəyən qadınlara onlayn sifariş zamanı brend markalı gəlinliklərin ucuz variantı təklif olunur. Məsələn, internetdə təqdim olunan gəlinlik paltarının materialının ipəkdən olduğu göstərildiyi halda, onlar gerçəkdə ucuz Çin polyesterindən hazırlanır.

Qəzəbli gəlinlər həmcinslərini internet vasitəsilə gəlinlik paltarı sifariş etməməyə səsləyirlər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm