Bilgi.az
Tarixdə ilk dəfə: Ana ölən qızından övlad dünyaya gətirəcək
Dünyada ilk dəfə olaraq Böyük Britaniyada qadın öz nəvəsini dünyaya gətirəcək.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 59 yaşlı britaniyalı qadın mərhum qızının istəyi ilə onun yumurtalığı ilə övlad dünyaya gətirəcək. Bunun üçün, ölən qızın yumurtalığı sperma donorunun köməkliyi ilə anasının bətninə yerləşdiriləcək. 2011-ci ildə 23 yaşında bağırsaq xərçəngindən vəfat edən qız ailənin yeganə övladı olub.
Qız ölməzdən öncə öz yumurtalığını dondurub. O, nə zamansa ana olacağına ümid bəsləyib. Lakin bir neçə il əvvəl qız xərçəng xəstəliyinə məğlub olub. İndi isə qızın valideyni onun xatirəsini əbədiləşdirmək üçün nəvələrini dünyaya gətirməyə hazırlaşır. Prosesin həyata keçirilməsini Nyu-York klinikalarının biri öz öhdəsinə götürüb. Ümumilikdə, proses üçün 93 min dollar tələb olunur.
Qadının da yaşını nəzərə alsaq, onun yumurtadan hamilə qalmaq ehtimalları azdır. Üstəlik, proses baş tutarsa, bu həm ana, həm də doğulmamış körpənin həyatı üçün risk yarada bilər.
Bununla belə, 59 yaşlı qadın və onun 58 yaşlı əri məhkəmənin qərarı ilə bu əməliyyatı həyata keçirməyə - yeganə övladlarının son arzusunu yerinə yetirməyə qərar veriblər.
Əməliyyat uğurla baş tutarsa, qadın mərhum qızının yumurtasından dünyaya uşaq gətirən ilk insan olacaq. Lakin çoxları bioloji ana olmadan uşaq dünyaya gətirməyinin əleyhinədir.
Qeyd edək ki, menopauza dövrünə qədəm qoyan qadın donor sperma və yumurta vasitəsilə dünyaya uşaq gətirə bilər. Lakin onun uşağı vaxtından əvvəl itirmə ehtimalı da çoxdur.
Nura
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO