Bilgi.az
Sevdiyi oğlana görə 6 il samanlıqda qaldı – FOTOLAR
Çində maraqlı bir hadisə baş verib. Belə ki, valideynlər qızının sevgilisini bəyənmədiklərindən onu düz 6 il bağlı samanlıqda saxlayıblar.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Hubey əyalətinin Jinqanq kəndində baş verib. 24 yaşlı qız bu müddət ərzində antisanitariya şəraitində saxlanılıb. Onun fotolarını isə yerli sakin Çou Cen internetdə yerləşdirib.
50 yaşlı Çou Ceninin sözlərinə görə, Çan Si 2009-cu ildən bəri samanlıqda saxlanılır. İş ondadır ki, qız dəfələrlə sevgilisinə görə evdən qaçmaq istədiyi üçün samanlığa salınıb. Valideynləri isə bu addımı qızlarının təhlükəsizliyi naminə etdiklərini deyirlər. Onlar iddia edirlər ki, qız psixi xəstədir.
Çou Ceninin dediyinə görə, polis hadisənin təfərrüatını araşdırır. Bundan əlavə, onun sözlərinə əsasən, yerli sakinlər və hüquq mühafizə orqanları qızın 6 ildir ki samanlıqda saxlanmasından xəbərdardırlar. Sadəcə, valideynlərin nüfuzlu insan olmasından ehtiyatlanaraq, heç bir tədbir görməyiblər.
Çou Cen deyib: "Mən sonuncu dəfə Çan Siyə baş çəkəndə o, samanın üstündə uzanmışdı. Yanında isə qida məhsulları ətrafa səpələnmişdi".
O da qeyd olunur ki, Çan Si ilə bağlı əhvalat ictimaiyyətə açıqlanandan sonra onun şəkilləri internetdən yığışdırılıb.
Nura
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu