Bilgi.az
Şekspirin qəbri açılır: Alimlər “ölüm, ya olum” sualı qarşısında
İngilis klassiki Uilyam Şekspirin həyatını daha da öyrənmək üçün alimlər onun qəbrinin açılmasını israr edir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kral III Riçardın DNT analizindən əldə edilmiş uğurlu nəticələrdən sonra belə bir qənaətə gəlib. Yohannesburqda yerləşən Vitvatersrand universitetindən Frensis Tekkerey deyib: "Şekspirin qəbrinin açılması mənim üçün çox maraqlıdır. III Riçardın sümükləri üzərində aparılmış uğurlu təcrübəni nəzərə alaraq, Şekspirin DNT analizində də potensial görürəm".
Tekkereyin fikrincə, dramaturqun sümükləri onun həyatı ilə bağlı yeni faktları üzə çıxaracaq və onun necə qidalanması haqda məlumatlar verəcək. Bundan əlavə, DNT analizi dahi yazarın marixuana çəkib-çəkmədiyi haqda gəzişən söhbətlərə də son qoyacaq.
Amma alimləri götür-qoy etməyə məcbur edən Şekspirin qəbri üzərində yazılan sözlərdir. Qeyd edək ki, dahi klassikin məzar daşında yazılıb: "Mehriban dost, Allah adından, sümüklərimə toxunma. Onlara toxunan lənətə gəlsin". Bununla belə, alimlər Şekspirin vəsiyyətini pozaraq onun qəbrini açmaq qərarına gəlib. Çünki vəsiyyətnamədə onun dişləri qeyd olunmur. DNT analizini isə dahi yazarın dişlərindən də götürmək olar.
Nura
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR