Üçəm bacılar eyni gündə ərə getdi -FOTOLAR
Bizi izləyin

Bilgi.az

Üçəm bacılar eyni gündə ərə getdi -FOTOLAR

Braziliyanın Pasu-Fundu şəhərindən olan Rafaela, Roşel və Taqian Bini adlı üçəm bacılar eyni gündə toy edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı əkiz bacılar toyda eyni geyim və makiyajda iştirak edib. Onların ərləri də, eyni kostyum və saç düzümündə olub.

Ərlərin sözlərinə görə, onlar ibadətgahda arvadlarını səhv salmaqdan qorxub. Lakin xoşbəxtlikdən, belə bir hadisə baş verməyib.

Bəylərdən biri deyib: "Kilsəyə daxil olan bacılardan kimin mənim arvadım olduğunu dərhal anladım".

Gənc qızlar etiraf edib ki, onlar subay vaxtı zarafat xatirinə dəfələrlə yerlərini dəyişib və sevgililərini çaşqınlıq içində saxlayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm